Page 87 - Islamic Studies 05
P. 87
Fəlsəfə elminə qısa bir baxış (86
olmamışdır. İşraqilərin lideri Şihabəddin Sührəverdi
zəmanəsinin sufiləri ilə sıx əlaqədə olduğu üçün ruhun
paklanması şərtini öz cərəyanına daxil etmişdir. Tarixdə bu iki
filosof arasında mübahisə mövzusunda sübuta yetmiş yalnız
bir məsələ vardır ki, bu da Platonun «İdeyalar» nəzəriyyəsinin
Aristotel tərəfindən qəbul olunmamasıdır. «İdeyalar»
nəzəriyyəsində bizim müşahidə etdiyimiz aləmdən başqa digər
bir aləmin də olduğundan söhbət açılır. Platon gördüyümüz hər
bir şeyin əsl həqiqətinin həmin aləmdə yerləşdiyinə inanırdı.
Bu aləm «İdeyalar» aləmi adlanır. Filosof hər bir mövcudun
kökünü o aləmdə axtarır, insanın, əvvəlcə orada olub sonra isə
bu aləmə gəldiyini və hər mə’lumatı orada öyrənib, sadəcə bu
aləmdə hər şeyin təkrar olduğunu bildirirdi. Aristotel isə bütün
bunları inkar edir və aləmin kökünü nous– nus deyilən vahid
qüvvə və imkanda görürdü.