Page 116 - Islamic Studies 06
P. 116

Vəhyin mahiyyəti / 115

               təmasda olması onun inkişaf və kamilliyinin ilk amilidir. Bu
               ünsiyyət sayəsindədir ki, gələcəkdə cəmiyyətə ayaq basan uşaq
               həmtayları ilə ünsiyyət yaratmağı bacarır. Uşağın cəmiyyətlə
               tanışlığında da ilk vasitəçi anadır. Bir çox qərb psixiatorları, o
               cümlədən  Spirts  ana  qayğısının  uşağın  həm  cismi,  həm  də
               zehni  inkişafindakı  əhəmiyyətini  vurğulamışdır.  O,  ananın
               ağuşunda  böyüyən  və  ana  qayğısından  uzaq  düşən  uşaqlar

               üzərində apardığı müşahidələrdən sonra belə qənaətə gəlib ki,
               birinci  dəstədən  olan  uşaqlarda  cismi  və  zehni  inkişaf,  o
               cümlədən fərdi və ictimai şəxsiyyət kimi formalaşmaq, ikinci
               dəstədəki uşaqlardan daha üstündür.
                   Əziz  İslam  peyğəmbəri  Həzrəti  Məhəmmədin  (s)
               hədislərindən də aydın olur ki, ana övladına olan məhəbbətini
               atadan  daha  çox  büruzə  verir  və  o,  uşağını  boya-başa
               çatdırmaq üçün daha çox fədakarlıq göstərir.
                   İmam Zeynül-abidin (ə) da ananın övladı üçün çəkdiyi bir
               çox zəhmətləri sadalayaraq buyurur: «Allah tofiq verməsə, heç
               kim ananın çəkdiyi zəhmətlərin əvəzini qaytara bilməz».
                   Ailə  uşaqların  təlim-tərbiyə  ocağıdır  və  bu  məqsədə
               çatmaq üçün ata və ana ailədə əlverişli şərait yaratmalıdırlar.
               Uşağın  şəxsiyyəti  ailədə  formalaşır.  Bir-birilə  əlaqədar  olan
               amillər, o cümlədən irsiyyət, xarici görkəmindən əlavə, onun
               şəxsiyyət və  xasiyyətində də  böyük təsirlər  qoyur. Şəraitdən
               asılı olaraq irsiyyətin fərd üzərində qoyduğu təsirlər müxtəlif
               formalarda təzahür olur. Məsələn, bəzən irsiyyətin bəxş etdiyi
               müəyyən  istedadlar  şərait  nəticəsində  ya  çiçəklənir,  ya  da
               məhv olub aradan gedir.
                   Müqəddəs İslam dinində ata-ananın boynuna düşən bu ağır
               məsuliyyət,  yəni  övladın  təlim-tərbiyəsi,  təkidlə  bəyan
               olunmuş  və  bu  sahədə  lazımi  tövsiyələr  kitablarda  qeyd
               edilmişdir.  İmam  Səccad  (ə)  buyurub:  «Övladın  valideyn
               üzərindəki haqqı bunlardır: (Ey valideyn,) bil ki, bu uşaq sənin
   111   112   113   114   115   116   117   118   119   120   121