Page 131 - Islamic Studies 06
P. 131

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /130

               başını  qatırıq,  əslində  isə  onu  öz  ümidinə  buraxırıq,  yəni
               tərbiyəsi  qayğı-  sına  qalmırıq.  Bir  çox  ailələrdə  isə  uşaqlara
               qarşı həddindən ziyadə tələb- karlıq göstərilir. Cəzanın ədalətli
               olmasına  fikir  verilmir.  Bir  çox  hallarda  cəza  müstəsna
               dərəcədə  sərt  xarakter  daşıyır.  Uşağı  qorxu-  durlar,  onda
               inamsızlıq  hissi  yaradırlar.  Bəzi  ailələrdə  isə  uşaq  nadinclik
               etdikdə,  sözə  baxmadıqda,  dərslərini  öyrənmədikdə,  xoşa-

               gəlməz  iş  tutduqda  valideyn  yerli-yersiz  onu  döyür,  fiziki
               cəhətdən ona ziyanlıq yetirir. Bu isə uşağın düzgün tərbiyəsinə
               son  dərəcə  mənfi  təsir  göstərir,  eyni  zamanda,  valideynlər
               uşağın  gözündə  nüfuzdan  düşür.  Fiziki  cəzanı  tətbiq  edən
               valideyn  uşağa  təkcə  fiziki  deyil,  həm  də  psixi  zədə  yetirir.
               Psixoloji tədqiqatlar göstərir ki, artıq yeniyetməlik dövründə
               uşaqların mənlik şüuru inkişaf edir, onlar özlərini bir şəxsiyyət
               kimi  yüksək  qiymətləndirir,  öz  ləyaqət  və  şərəflərini  bütün
               aydınlığı  ilə  başa  düşürlər.  Buna  görə  də  uşaqları  qətiyyən
               döymək olmaz.
                   Uşağı  döymək,  onu  təhqir  etmək,  ləyaqətini  alçaltmaq
               onun  şəxsiyyətini  tapdalamaq  deməkdir.  Lakin  bu  o  demək
               deyil ki, uşağı cəzalandırmaq olmaz. Cəzanın müxtəlif növləri
               vardır. Onların bir çoxundan ailə tərbiyəsində bu və ya digər
               dərəcədə  istifadə  olunur.  Lakin  cəza  məqsəd  deyil,  vasitə
               olmalıdır.  Həm  də  uşağı  mütəmadi  olaraq  danlamaq,
               utandırmaq və ya hədələmək qadağandır.
                   Ailədə tez-tez bədən cəzasına məruz qalan uşaq özgələşir,
               kobud və qəzəbli olur. Fiziki cəza uşağın qəlbində zərifliyi və
               həs¬saslığı  məhv  edir.  Düzgün  tərbiyə  xoş  rəftar  və
               tələbkarlıqla yanaşı gedir. Tələbkarlıq uşağın şəxsiyyətinə və
               ləyaqətinə təzyiq kimi deyil, ona etibar və hörmət zəminində
               olmalıdır.
                   Valideynlər ilk gündən öz uşaqlarında düzgün adət və vər-
               dişlər  formalaşdıra  biliblərsə,  uşaqlar  bircə  sərt  baxışdan
   126   127   128   129   130   131   132   133   134   135   136