Page 21 - Islamic Studies 06
P. 21
Qadının zərafəti, qadının gücü./20
gəlinməyib. İnsanın hər hansı formada intihar etməsi,
həmçinin qətl etməsi İslamın ruhuna zidd və şəriət normalarına
uyğun gəlmir. Buna görə Allaha inandığını və Quranı özünə
rəhbər hesab edən bir insan başqa bir insanı ya da özünü
qanunsuz olaraq həyatdan məhrum edə bilməz. İslam hər cür
zorakılığı o cümlədən insanın özünə qarşı zorakılığı qəti olaraq
qadağan edir.
Quran intiharın da qətl kimi İslama zidd olduğunu öyrədir.
Müsəlman ənənələrində, Qurani-Kərim və Hədislərində intihar
birmənalı olaraq pislənir. Allah-Taala Quranda buyurur: “Ey
iman gətirənlər, qarşılıqlı razılıq əsasında olan ticarət istisna
olmaqla öz aranızda bir-birinizin mallarını haqsız yerə (şəriət
və qanuna zidd yollarla) yeməyin. intihar etməyin, bir-birinizi
öldürməyin və özünüzü günah təhlükəsinə atmayın. Həqiqətən
1
Allah sizə qarşı həmişə mehribandır.”
İslam baxımından intihar edən şəxs böyük günah sahibidir.
Şəriət intihar edəni cəhənnəmdə əbədi əzab olan bir cinayətkar
kimi nəzərdən keçirir. İmam Baqir(ə) buyurur: "Mömin hər
2
bəlaya giriftar olar və hər ölümlə ölər, ancaq intihar etməz".
İmamSadiq(ə) buyurur: "Kim bilərəkdən özünü öldürsə,
3
həmişə cəhənnəm odunda olacaq". Beləliklə İslam Allahın
verdiyi taledən qaçaraq intihar etmək istəyənləri kəskin olaraq
qınayır.
Bir çox hallarda müsəlmanların intihar etmək qərarının
səbəbi adi bir cahillik olur. İslam dinin əsaslarını bilən şəxs
1 -Ən-Nisa surəsi ayə 29
2 - Mizanul hikmət səh723
3 -Mizanul hikmət səh723