Page 22 - Islamic Studies 06
P. 22

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /21

               heç  vaxt  özünü  öldürməyə  cəsarət  edə  bilməz  o,  intiharın

               istədiyi rahatlığa gətirməyəcəyini yaxşı bilir, onu daha böyük
               və əbədi əzaba düçar edəcəyini bilir. Səbirli olub ,bu dünyanın
               sınaqlarından  ləyaqətlə  keçmiş  olanların  əbədi  mükafat

               verildiyini də bilir.
                   Onu da qeyd etmək lazımdır ki bəzi dövlətlərdə müsəlman
               köklərinə,  ad  və  soyadlarına  baxmayaraq,  özlərinin  "etnik"

               müsəlman  adlandıranlar  imanlarının  mahiyyətini,  İslama
               uyğun yaşamaq qanunlarını bilmirlər
                   Həyatda  doğru  yol  seçmək,  əxlaqi  və  mənəvi  sağlamlığa

               malik olmaq, haramlardan çəkinmək həyatda yaşanan təlaş və
               uğursuzluqlardan  ən  yaxşı  müdafiədir.  Buna  görə  də
               müsəlman  yalnız  dildə  deyil,  əməlləri  ilə  də  imanını  təsdiq

               etməlidir.  İnsanın  bəsirət  gözünün  daha  artıq  açılması  üçün
               Həzrəti Əyyubun vəziyyətini, başına gələn əhvalatları mütaliə
               etmək kifayətdir. O Həzrət yeddi il (başqa rəvayətə görə isə on

               yeddi  il)  fəqirliyə  və  xəstəliyə  düçar  olduqdan  sonra  dedi:
               “Pərvərdigara, mənə zərər dəymişdir və Sən də rəhm edənlərin
               ən rəhimlisisən.” Allah onun duasını qəbul etdi, xəstəliklərinə
               şəfa verdi, mal-dövlətini yenidən özünə qaytardı. Quranda bu

               hadisə təfsilatı ilə qeyd olunmuşdur.
                                                        1
                   Qurana  və  Muhəmməd  Peyğəmbərin(s)  sünnəsinə  əməl
               edən  müsəlman  çox  nadir  hallarda  depressiyyaya  düşür,

               xəstəlik  və  yoxsulluğu  asan  keçirir,  günaha  batmaqdan  xilas
               olur.  Mömünin  həyatda  ağır  duruma  düşməsi  onun  üçün
               imtahan olur. O xöşbəxt günlərində Allaha şükür edər, kədərli

               günlərində səbr edər.

               1  -Böyük günahlar,c1səh.125
   17   18   19   20   21   22   23   24   25   26   27