Page 177 - Islamic Studies 06
P. 177
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 176
tənəzzülə uğramazdı. Bu göstərişlər müfəssəl olaraq altıncı
fəsildə, dəyərli oxucularımıza təqdim edilmişdir. Amma
burada qısa bir işarə etmək istərdik:
1- Qadına əri üçün bəzənməsi tövsiyə olunur
Ər-arvadın cinsi istəkləri tənzimləyən gəstərişlərdən ilk
olaraq, qadının əri üçün bəzənməsi tövsiyə olunur. İslami
rəvayətlərdə qadının ərindən başqası üçün bəzənməsi, şiddətli
şəkildə tənqid olunur. Başqa cəhətdən isə qadının əri üçün
bəzənməsinə dəfələrlə təkid olunur. Deməli, qadının
bəzənməsi, ailəni dağıda və ya möhkəmləndirə də bilər. Bu
rəvayətlərə diqqət edin:
- "Qadın əri üçün özünü bəzəməsəydi, şübhəsiz, onun
qəlbində özünə yer ayıra bilməyəcəkdi."
- "Müsəlman qadın, özünü əri üçün xoş ətirlə bəzəməlidir."
Məqatil ibn Həyyan rəvayət edir: Peyğəmbər (s) qızlarını
ərə verdikdə, onlara tapşırırdı ki, qüsül almamışdan öncə,
ərlərinə yaxınlaşmasınlar. Onların ərlərinə də, bu göstərişi
verərdi.
2- Kişiyə həyat yoldaşı üçün bəzənməsi məsləhət görülür
İslami rəvayətlərimizdə qadının kişi üçün bəzənməsinə nə
qədər tövsiyə olunursa, kişinin də, qadını üçün bəzənməsinə
bir o qədər tövsiyə olunub. Bu hədisə diqqət edin: "Qadın əri
qarşısında (yerinə yetirilməsi lazım olan) vəzifəsi olduğu kimi,
kişinin də, həyat yoldaşının qarşısında belə vəzifələri var.
Yəni; özünü həyat yoldaşı üçün bəzəməlidir. Necə ki, qadın
da, özünü onun üçün bəzəyir. Amma günah işlətməklə deyil."
Başqa bir hədisdə buyurulur: "Kişinin öz həyat yoldaşı
üçün bəzənməsi, qadının iffətinı artırar."
Diqqət yetirmək lazımdır ki, İmam Kazimdən (ə) rəvayət
olunan bir hədisdə, kişilərin özlərinə fikir verməməsi və həyat
yoldaşları üçün bəzənməməsi, ərli qadınların pis yola
düşməsinin səbəblərindən biri kimi qeyd olunur. Rəvayətin