Page 178 - Islamic Studies 06
P. 178

İslamın yayıldığı ilkin çağlar / 177

               mətni belədir: "Bəli. Kişinin öz həyat yoldaşı üçün bəzənməsi,
               qadının  iffətinı  artırar.  Qadınlar,  ərlərinin  bəzənməyi  tərk
               etdikləri üçün, əxlaqsızlığa düşürlər."
                   İzdivacın  ilk  mərhələsi  sona  yetdikdən  sonra  gənc  ər  və
               arvad  son  dərəcə  eşq  və  məhəbbət  sayəsində  öz  birgə
               yaşayışlarına başladıqda, həyatın təməlini təşkil edən bir neçə
               məsələyə  diqqət  yetirməlidirlər.  Belə  ki,  bu  məsələlərə

               qətiyyən etinasızlıq etmək olmaz.
                   Belə məsələlərdən biri, həyatın bütün sahələrində təmizliyi
               və sağlamlığı qorumaqdır.
                   Bədən,  saç,  ağız,  diş,  geyim,  döşənəcək,  ev  əşyaları,
               xüsusilə mətbəx əşyaları, bir sözlə, gündəlik həyatla bağlı olan
               hər  bir  şeyə  səhiyyə  və  təmizlik  baxımından  olduqca  diqqət
               yetirilməlidir.
                   Bir  çox  gənc  ailə  başçıları  ailə  həyatının  ilk  günlərində
               təmizlik  və  sağlamlıqla  bağlı  məsələlərə  əhəmiyyət
               verməyərək,  yalnız  yeyib-içmək  və  zahiri  ləzzətlərlə
               kifayətlənirlər.     Onların      həyatında       nizam-intizamdan,
               təmizlikdən əsər-əlamət yoxdur. Bu etinasızlığı sağlam fitrət,
               ağıl  və  ilahi  din  heç  bir  formada  qəbul  etmir.  Əksinə,  ona
               böyük  nifrət  bəsləyir.  Bundan  əlavə  mümkündür  ki,  bu
               etinasızlıq uzun zaman onların həyatına hakim olsun və  ailə
               üzvlərini sağlamlıq baxımından təhlükə ilə qarşılaşdırsın. Belə
               məsələlər,  xüsusilə  uşaqlara  xoşagəlməz  təsirlər  göstərir  və
               onları etinasız, xəstə, zəif və cəmiyyət üçün bir yükə çevirir.
               Bununla da, onlarda rəzalətə və müxtəlif günahlara yol açır.
                   Allah-təala  Quranda  təmizliyi,  daxili  və  zahiri  paklığı
               qoruyan şəxslərə eşq elan edərək buyurur:
                   «Allah (günahından) tövbə edənləri, təmiz və pak olanları
               sevir»("Bəqərə" 222).
                   İslam dini, başqa sözlə desək, Quranda, Peyğəmbərin (s)
               kəlamlarında  və  Əhli-beytin  hədislərində  öz  əksini  tapmış
   173   174   175   176   177   178   179   180   181   182   183