Page 190 - Islamic Studies 06
P. 190
İslamın yayıldığı ilkin çağlar / 189
keçməyən və digərlərinin eyibini örtməyən şəxsdir».(Həmin
mənbəə)
İmam Sadiq (ə) buyurur: «Əfv cəriməsiz, danlaq və
qəzəbsiz olmalıdır».(Həmin mənbəə)
Qurana və rəvayətlərə əsasən, əfv Allahın məhəbbət
bəslədiyi bir xüsusiyyət, cəhənnəm əzabından nicat qapısıdır.
Nə üçün qadın və kişi bir-birlərinin qüsurlarından
keçməklə, Allahın sevimli bəndəsi olmasınlar?! Nə üçün onlar
məsum imamlarla, ilahi övliyalarla həmrəy olaraq dünya və
axirət səadətinə nail olmasınlar?!
Qadın və kişilər bir neçə dəfə bu üsuldan istifadə edərlərsə,
artıq əfv etmək onlarda bir adət halını alaraq, bütün varlıqlarını
əhatə edəcəkdir.
9- Qənaətcil olmaq və sadə həyat
Uzun-uzadı arzularla, acgözlüklə və israfla yaşamaq, insan
həyatını məşəqqətli edir. Amma (imkan olmadığı halda) aza
kifayətlənmək (bunu böyük bir müsibətə çevirməmək) və
qənaətcil olmaq, həyatın yükünü azaldaraq, onu daha da
şirinləşdirir. Hədisdə buyurulur: "Ən xoş həyat tərzi, Allah-
təalanın qənaət etməyi əta etdiyi və ləyaqətli qadın bəxş etdiyi
şəxsə adiddir."
Xüsisilə də, ər-arvad ailə həyatına qədəm yeni qoyduqları
zaman, qənaət və sadə həyat tərzini qarşıya məqsəd qoysalar,
ən ehtiyaclı vaxtda belə öz birgə yaşayışlarını daha da möhkən
və davamlı edə bilərlər.
İsraf Haqqın nəzərində şeytani, bəyənilməz, həvayi-nəfs və
heyvani istəklərə müvafiq olan bir işdir. Çox yaxşı olar ki,
insan həyatın bütün sahələrində normal həddə, xüsusilə
qənaətə riayət etsin. Çünki qənaət rahatlığın açarı, azadlığın
təməli, iztirab və pərişanlığın dərmanıdır.
İnsanın ehtiyacı özünə münasib olan minik, geyim və qida
ilə ödənir.