Page 233 - Islamic Studies 06
P. 233
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 232
«Bu, [belə əhvalatlar] insanlardan [xalqdan] ötrü [olub
keçənlərə dair] bir xəbər, müttəqilərdən ötrü isə doğru yola
göstəriş və nəsihətdir». (138/9).
Peyğəmbər (s)-dan bu haqda nəql olunmuş hədisdə deyilir:
«Allah-taala bütün varlıqlardan üstün olduğu kimi, Onun
buyurduqları da bütün söylənilənlərdən üstün və fəzilətlidir.»
Demək, Quranın fəziləti haqda nəyi isə söyləmək
insanların bacarıq və qüdrətindən xaricdir. Və belə olduğu bir
halda, bu işi Quranın özündə yaşayan, onunla hidayət olub
başqalarını da hidayət edən Əhli-beytin (ə) və Quran həqiqi
mütəxəssislərinin öhdəsinə qoymaq lazımdır.
Quranın əzəmət və fəzilətini dərk edən həqiqi şəxslər məhz
onlardır.
Belə ki, Quranı bəşəriyyətə çatdıran və onları şəri
hökmlərlə tanış edən şəxs, onların (Əhli-beytin) cəddi həzrət
Məhəmməd (s) olmuşdur. Onun, Quranın fəziləti haqqında
buyurduğu hədislərdən birində deyilir:
«Mən özümdən sonra sizin üçün iki ədəd çox qiymətli və
ağır əmanət qoyub gedirəm. Quran və Əhli-beytimi. Bu iki
əmanət qiyamət gününədək bir-birindən ayrılmayacaqdır və o
gün Kovsər hovuzunun kənarında mənə qovuşacaqlar.»
Buradan belə məlum olur ki, Peyğəmbər (s) və onun Əhli-
beyti Quranı hamıdan daha çox dərk etmiş, özlərində
yaşadaraq ona iman gətirmiş və bundan sonra xalqı haqqa
doğru hidayət etmişlər. Belə isə, Quranı yaxından dərk etmək
üçün onlar tərəfindən nəql olunmuş hədisləri nəzərdən keçirib,
onların haqq yoluna qoşulmalıyıq.
Quranın fəziləti haqqında Əhli-beyt (ə) tərəfindən onlarlca
hədis və rəvayət nəql olunmuşdur. Əllamə Məclisi bu hədisləri
«Biharul-ənvar»ın 19-cu cildində bir yerə toplayaraq ayrıca bir
fəsil tərtib etmişdir. Burada həmin hədislərdən bir neçəsini
təqdim edirik: