Page 276 - Islamic Studies 06
P. 276
Nəhcül-bəlağədə vəhdət prinsipi / 275
Qurani-Kərimdə deyilir: "Onlardan (mühacirlərdən) əvvəl
(Mədinədə) yurd salmış və (Peyğəmbərə(s) qəlbən) iman
gətirmiş kimsələr (ənsarlar) öz yanlarına (şəhərlərinə)
mühacirət edənləri sevər, onlara verilən qənimətə görə
ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olsalar belə,
onları özlərindən üstün tutarlar."(«Həşr», 9)
Əgər dostluq və düşmənçilik Allaha xatir olmazsa, davamlı
olmayıb əksinə çevriləcəkdir. Başa düşmək lazımdır ki, belə
dostluqlar həmişəlik ziyana səbəb olur. Allah Təala bu haqda
buyurur ki, onlar Qiyamət günü bir-birini lənətləyib
düşmənçilik edərək təəssüflə deyərlər ki, kaş bu kəslə dost
olmayaydıq: "Müttəqilər müstəsna olmaqla o gün dostlar bir-
birinə düşmən kəsiləcəklər". («Zuxruf», 67)
"Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim."
(«Furqan», 28)
Ona görə də ey mömin bacı-qardaşım, çalış dostluq və
düşmənçiliyin Allaha xatir olsun! Həmişə yaxşılar və
yaxşılıqlarla dost ol, pislər və pisliklərlə mübarizə apar və
Allahdan belə istə: "İlahi, məni bu dünyadan müsəlman aparıb,
salehlərə qovuşdur".