Page 277 - Islamic Studies 06
P. 277
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 276
Nəticə
İslam nöqteyi-nəzərindən insan cəmiyyətinin
formalaşmasında əsas rolu məhəbbət, sevgi, dostluq oynayır.
Hədisləri də gözdən keçirdikdə, camaatın bir-birinə məhəbbəti
sayəsində yaranan toplumun İslamda arzuolunan insan
cəmiyyəti olduğu məlum olur.
İslam dini elə bir cəmiyyət qurmaq istəyir ki, orada bütün
insanlar bir-birini qardaş sayır və fədakarlıq həddində qarşılıqlı
məhəbbət bəsləyirlər. Səbəbi isə bəsitdir; istənilən insan
cəmiyyətinin formalaşdırılmasında məhəbbət kimi effektiv
mexanizm yoxdur.
Digər tərəfdən İslam insanın təkamül proqramıdır və bu
proqramın əsas ünsürünü məhəbbət təşkil edir.
İnsan rəftarında ən təsirli amillərdən biri də məhəbbətdir.
Belə ki, insan sevdiyinə tabe olur. Məhəbbət bilmək və
tanımaq sayəsində qazanılır. Ona görə də, tanımaq məhəbbət,
məhəbbət isə itaət gətirir.