Page 34 - Islamic Studies 06
P. 34

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /33

               Rəsulu (s) buyurur: "Əgər yaxında və yaxud dünyanın ən uzaq

               nöqtəsində məzlum və məhrum bir şəxs müsəlmanları köməyə
               çağırırsa  və  İslam  cəmiyyəti  ona  kömək  etməyə  tələsmirsə
                                                             1
               belə cəmiyyət İslam ruhuna sahib deyil."
                   İslam dini hətta əgər bir maneəçilik törətməyən heyvan ac
               və  susuz  olarsa  onun  ehtiyacını  ödəməyi  lazım  bilir.  İmam
               Baqir  (ə)  buyurur:  "Allah  təala  susuz  və  yanıqlı  ciyəri

               soyutmaq və rahatlaşdırmağı çox sevir."  İmam Sadiq (ə) da
                                                              2
               buyurmuşdur:        "Ən      fəzilətli    sədəqə      susuz      ciyəri
                                     3
               rahatlaşdırmaqdır."   Deməli  bir  din  ki, heyvanın  istər  haram
               ətli  olsun  istər  halal  susuzluğunu  təmin  etməyi  vacib  və
               mükafatlı hesab edirsə, bu onun fövqəladə genişliyindən xəbər
               verir.

                   İslam dinin hökmündən belə anlaşılır ki, hər bir canlı əgər
               İslam və ümmətə maneəçilik törətmirsə ona kömək etmək və
               onların ehtiyacını ödəmək ümum müsəlmanların öhdəsindədir.

               Əgər hətta dünyanın ən uzaq nöqtəsində olsa belə. Bu da bütün
               ehtiyacları  istər  siyasi,  fikri,  mədəni,  istərsə  də  iqtisadi  və
               hərbi ehtiyaclaı əhatə edir.
                   İslamda  başqalarına  yardım  etmək,  ətrafdakılara  qayğı

               göstərmək, çətinliyə düşənlərin əlindən tutmaq nə qədər təkid
               olunmuşsa  da,  bunu  minnət  qoyaraq  etmək  də  bir  o  qədər
               günah  sayılıb.  Insan  yaxşılığı  Allahın  razılığını  qazanmaq

               üçün  etməlidir.  Allah-Taala  hamının  əməlinin  əvəzini





               1  -Üsuli kafi, cild 2, səh 164
               2  -Fru kafi, cild 4, səh 58.
               3  -Fru kafi, cild 4, səh 57
   29   30   31   32   33   34   35   36   37   38   39