Page 54 - Islamic Studies 06
P. 54

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /53

                   Sadəcə  bu  bir  neçə  misalı  burada  qeyd  etməklə  İslam

               dininin qadına qarşı olan hüsnü- rəğbətini açıqlamaq istəyirik.

               2)  Ərəb  yarımadasında  İslam  günəşinin  doğması  İslam
               dünyasında qadının qədir- qiymətini bəyan etdi.


                   Böyük  İslam  dininin,  Peyğəmbər  sünnətinin  və  Əhli-
               beytin  təlimlərində  qadın  öz  məqamını,  həmçinin  ictimai
               şəxsiyyətini  tapdı.  Mərhum  Ayətullah  Xomeyni  bu  barədə

               deyir: "İslam dini kişinin və qadının inkişafı üçün çalışır. İslam
               dini  gəldikdən  sonra  qadına  nə  qədər  xidmət  etdiyini  Allah

               bilir. İslam dini təlimlərində qadına verilən hüquq və xidmət
                                     1
               kişiyə olunmayıb."  İslam dini qadınları kişilərin müqabilində
               bərabər qərar verməklə onların hüququnu ucaltdı. Amma bir
               sıra əhkam məsələləri vardır ki, onların bəzisi kişilərə və bəzisi

               də qadınlara aiddir. Bu o demək deyil ki, İslam dini qadınla
                                              2
               kişinin arasında fərq qoyur.

               3) Birlikdə yaradılış:

                   Qurani-Kərimin  bəyanına  əsasən,  qadın  və  kişi  insan
               olaraq iki dəstəyə ayrılsalar da, onların insanlıqda və fəzilətdə

               heç bir fərqləri yoxdur. Qurani- Kərim bu barədə buyurur:

                   “Allah  sizi  tək  bir  nəfərdən  yaratdı.  Sonra  onun  özündə
               həmtayını yaratdı...”
                                      3

               4) Eyni zamanda qadınla kişinin ağıl və dərrakə baxımından da
               heç bir fərqləri yoxdur:

               1 -Nur səhifəsi, cild 3, səhifə 82
               2 -Nur səhifəsi, cild 3, səhifə 82
               3 -Quran: Zümər surəsi, ayə: 6
   49   50   51   52   53   54   55   56   57   58   59