Page 70 - Islamic Studies 06
P. 70

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /69


                                    1
               xəlq  edilmişdir.”  Amma  həmin  insan  ətrafda  mövcud  olan
               bir  çox  varlıqlardan  güclü  hesab  olunur.  Deməli,  mühakimə
               yürüdən  zaman  meyarlar  bəyan  edilməlidir:  müəyyən  bir

               meyara əsasən fiziki qüdrət kimi bir şey bir varlıqda zəif ola
               bilər, amma başqa bir meyara əsasən, o cümlədən elmi qüdrət
               və s. daha güclü hesab edilə bilər.
                   Hər bir halda qadınla kişi insaniyyətin iki sinfidir və hər
               birinin də müxtəlif fərqləri və üstünlükləri vardır. Onlar fiziki

               nəzərdən  və  fizioloji  şərtlər  baxımından  fərqlənirlər.  Buna
               görə də, hər biri özünə məxsus vəzifəni əncam vermək üçün
               xəlq  edilmişdir.  Bu  fərqlər  (nəinki  ayrı-seçkilik)  eynilə

               hikmətdir  və  insan  nəslinin  davam  edilməsi  üçün
               qoyulmuşdur. Bunun mənası kamal yolunun qadınların üzünə
               bağlanmış və ya məhdud edilmiş olması deyildir. Qadınların
               əsas  ruhi  xüsusiyyətlərindən  biri  insani  duyğular  və  atifələr
               müqabilində tez bir zamanda təsirlənmələridir. Buna görə də

               şadlıq, nigaranlıq, ağlamaq və gülmək kimi şeylərdə kişilərdən
               daha tez təsirlənirlər.
                   Allah-Taala qadının öhdəsində olan vəzifələrə və təbiətinin

               tələbinə əsasən onun varlığında elə incəliklər və zərif cəhətlər
               qoymuşdur ki, öz məsuliyyətlərini yerinə yetirə bilsin. Buna
               görə də, kişi ilə müqayisədə qadın daha incə və zəif məxluq
               sayılır.
                    Cavabda  bir  neçə  məsələni  diqqət  mərkəzində  saxlamaq

               lazımdır:
                   1. Quran  nəzərindən  qadının  çox  yüksək  məqamı  vardır.
               Qurani-Kərim  qadınla  kişini  xilqət  baxımından  bir  insani



               1 . Quran: Ənfal surəsi, ayə: 66
   65   66   67   68   69   70   71   72   73   74   75