Page 92 - Islamic Studies 06
P. 92
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /91
meyarlar. İman və düzgün inanc meyarı həyat yoldaşı
seçiminin vacib və toxunulmaz şərtidir.
b) Mükəmməlliyin şərtləri olan, daha yaxşı və daha dolğun
bir həyatın və səmərəli ailənin qurulması üçün düşünülən
meyarlar. Bu xüsusiyyətlər nisbi xarakter daşıyır, əsasən də
insanların zövqünə və mövqeyinə bağlıdır. Gözəllik, elm,
savadlılıq, ailə ləyaqəti, mədəni, iqtisadi və dini mütənasiblik
kimi xüsusiyyətlər bu qəbildəndir.
Üzərində durulması və diqqət edilməsi vacib olan məqam,
inanclı toplumun dəyərlər və düşüncə qaynaqları ünvanında
diqqət mərkəzində saxladığı dəyərlərin yaranmasında bu
meyarların rolu, bu meyarlardan daha çox yararlanmağın ideal
ailəyə yaxınlaşmağa kömək etməsidir. Əslində, ayələrdə və
hədislərdə həyat yoldaşı seçimi ilə bağlı bəhs edilən dualar və
meyarlar İslam cəmiyyətində xüsusi bir mədəniyyət meydana
gətirir, nəticədə qüsursuz həyat yoldaşının və ideal ailənin
formalaşmasında səmərəli meyarları və ideallığı təsvir edir və
asanlaşdırır. Bu kimi meyarların ümumi olmadığı
cəmiyyətlərdə ailələr müəyyən bir istiqamətə istiqamətlənmir
və müəyyən bir yolda inkişaf etmir. Buna görə də istər övlad
böyüdərkən, istər övladlar valideynlər tərəfindən ailə qurmağa
hazırlaşdırılarkən, istərsə də evlənmək və ailə qurmaq
qəsdində olanlar tərəfindən bu dəyərli irsə, inanclı cəmiyyətin
sosial sərvəti və ailənin belə meyarlara doğru şəkil verici və
sövq edici amili və stimulu kimi baxmaq böyük əhəmiyyət
kəsb edir.