Page 284 - Pure Life 13
P. 284
328 / ( PURE LİFE, On üçüncü buraxılış, Nəşr ili: Beşinci, 2018 May (1439 h.q. 1397 h.ş.)
Onun fikrincə ən yüksək dövlət forması politiyadır.
Burada ümumi mənafe naminə əksəriyyət idarə edir.
Qalan formalarda isə sapmalar var.
Onun fikrincə politiya-oliqarxiya və demokratiyanın
birləşməsidir. Düzgün olmayan dövlət formasının ən pisi
tiraniyadır. Aristotel təlimində varlıların və yoxsulların
barışığına və qanunun hökmranlığına əsaslanan senzli
demokratiyaya üstünlük verilmişdir. O, Solonun islahatına
tərəfdar çıxır.
Aristotel belə hesab edir ki, politiya “orta” dövlət
formasıdır, orada “orta” ünsür-adətlərdə mötədillik,
əmlakda orta rifah, hakimiyyətdə-orta sinif hakim
olmalıdır. Orta ünsürlərdən təşkil olunmuş dölət quruluşu
ən yaxşı dövlət quruluşudur. Demokratiya orta sinifə
arxalananda səmərəli ola bilər.
Qədim Romada Siyasi Fikir
Qədim Romada siyasi fikrin tarixi min illik bir dövrü
əhatə edir, onun nailiyyəti hüquqşünaslıq adlanan müstəqil
bir elm olmuşdur.
Qədim Roma siyasi fikrin ən böyük simalarından biri
məşhur natiq dövlət xadimi Mark Tuli Siseron olmuşdur.
Onun “Dövlət haqqında” və “Qanunlar haqqında” əsərləri
var. Siseron dövləti xalqın işi və onun nailiyyəti kimi
müəyyən edir. Dövlət hüquqi təsisatdır. Bununla da o,
“hüquqi dövlət” ideyasının banisidir. Dölətin
yaranmasının səbəbi isə insanların birgə yaşayışa olan
tələbatıdır.
Siseron idarə edənlrin sayınadan asılı olaraq
idarəetmənin üç formasını: Çar hökumətini, optimatların
hakiiyətini (aristokratiya) və xalq hakimiyyətini
(demokratiya) ayırırdı.