Page 293 - Pure Life 13
P. 293

Dinlərin Dialoqu, Məzhəblərin Dostluğu və Virtual Aləmdəki Fürsətlər /319

                      “Əgər  Rəbbin  istəsəydi,  bütün  xalqı  (məcburi

                      surətdə)vahid  bir  ümmət  qərar  verərdi.  Onlar

                      hələdə ixtilafdadırlar”. Hud -118.

                  Möhsün  Qiraəti  bu  ayənin  təfsirində  buyurur:"Qurani-
               məciddə  insanların  əqidə  seçimində  azad  olmaları
               məsələsi dəfələrlə qeyd olunmuşdur.
                  Allah  xalqı  doğru  yola  hidayət  etsə  də,  onlar  məcbur
               olunmur.  İslam  Peyğəmbərinədə  s.  xalqı  məcbur  etmə
               haqqı verilməmişdir.
                      “Sən  ancaq  öyüd-nəsihət  verənsən.  Sən  onların
                      üzərində hakim deyilsən.” Ğaşiyə-21, 22.


                  Buna  görə  də  Allah  təqva  və  günah  yolunu  insanın
               fitrəti  dərk  edəcək  bir  yolla  çatdırmışdır.  Yolunu  əyən
               insan özüdür.
                  Bizim  boynumuza  düşən  vəzifə,  sadəcə  çalışmaqdan
               ibarətdir. Quran-kərim buyurur:
                      “İnsan  çalışdığından  artıq  heç  bir  mükafat
                      almayacaq.  Amma,  öz  səylərinin  mükafatını
                      tezliklə alacaq.” Nəcm/ 40-41.

                  Qurani-kərimin  buyurduğu  kimi  iman  və  ağıl  sahibi  bu
               yolda var gücünü səfərbər edərk ədaləti meyarını pozmayacaq.
                  Necəki, Musa Sədr bu ayənin təfsirində qeyd edir:"Bu
               meyar,  ədalət  mövzusunda  da  sübut  olunub.  İslama  görə
               ədalətin olması, imanın olmasına bərabərdir.
                  Ədalətin  həyata  keçməsi  üşün  səy  göstərilməyəndə  isə
               imanın  heç  bir  dəyəri  yoxdur.  İslam  dini,  həyatın
               reallıqlarına əməl etmək dinidir, xəyal və təsəvvür aləminə
               insanları dəvət etmək, onlara yol göstərmək dini deyildir.
                  Hər  bir  İman  və  ağıl  sahibi  firud  dinin  şərtlərindən
               sayılan  “Əmr  be  məruf  və  nəhy  əz  münkər”  prinsipinə
               riayət etməlidir.
   288   289   290   291   292   293   294   295   296   297   298