Page 289 - Pure Life 13
P. 289
İslamda Siyasət və Idarəetmə /323
Eramızdan əvvəl VII əsrdə Gesiodun anlamında
allahlar mənəvi-hüquqi prinsiplərin və qüvvələrin
təcəssümü kimi çıxış edirlər. “Yeddi böyük müdrik”-
Fales, Pittak, Periandr, Biant, Solon, Kleobul və Hilon-
polisin (şəhər, dövlət) həyatında ədalətli qanunların
əhəmiyyətini yüksək qiymətləndirirlər.
Ən yaxşı dövlət odur ki, orada vətəndaşlar qanundan,
müstəbiddən qorxan kimi qorxurlar. Spartalı Hilon
deyirdi: “Qanuna tabe ol!”
Afina islahatçısı Salon yeni qanunlar verir və senzli
demokratiya elan edir. Onun fikrincə dövlət qayda-qanuna
möhtacdır, qayda və qanun ən böyük sərvətdir. Qanun isə,
öz növbəsində, hüquq və gücün (polisin, rəsmi
qüvvələrin) birləşməsidir. “Qanun hörümçək toruna
bənzəyir, güclülər dəlib keçir, zəiflər isə ilişib qalırlar.”
Pifaqor-demokratiyanı tənqid edərək, “yaxşıların” əqli
və əxlaqi elitanın aristokratik idarəetmə idealına
əsaslanırdı : Ədalət bərabərlikdir.
Heraklit: “Təfəkkür hamıya xas olsa da, bütün adamlar
ümumi lotosu (hamını idarə edən zəkanı) başa düşmürlər”.
Sosial-siyasi bərabərsizliyə haqq qazandıran filosof
demokratiyanı tənqid edir.
Demokrit: “Zəruri hadisə kimi yaranan dövlət ümumi
rifahı və ədaləti özündə birləşdirir, dövləti idarə etmək isə,
sənətlərin ən yaxşısıdır”.
Sokrat-Ədalət və qanun eyni şeydir. “Çox gülməlidir ki,
adamlar hər yoldan ötənə ayaqqabılarını tikməyi təklif
etmədikləri halda, dövləti idarə etməyi püşk atmaq yolu
ilə həll edirlər. Məgər bu sonuncu çox asan işdir?!”