Page 288 - Pure Life 13
P. 288

324  / ( PURE LİFE, On üçüncü buraxılış, Nəşr ili: Beşinci, 2018 May (1439 h.q. 1397 h.ş.)

                  Platon-“ideyalar  aləminə  əsaslanır”.  “Dövlət”  əsərində

               o,  ideal  dövlət  haqqında  təlim  yaratmışdır.  O,  kosmos,
               dövlət  və  insan  qəlbi  arasındakı  uyğunluğu  əsas  tuturdu.
               “Ədalətli insan ədalətli dövlətdən heç də fərqlənmir. İnsan
               qəlbini  üç  əsasa-ağıla,  qəzəbə  və  şəhvətə  bölünməsinə
               dövlətin  üç  əsası-məşvərət,  müdafiə  və  işgüzarlıq,
               sonunculara  isə  üç  silk    (təbəqə)-hakimiyyətçilər,
               döyüşçülər və istehsalçılar uyğun gəlir”.
                  Sosial quruluş ilə müharibə aparılması arasında birbaşa
               asılılıq  var,  çünki  müharibələr  xüsusi  qrupun  meydana
               gəlməsini nəzərdə tutur:
                   -  Dövlət filosoflar tərəfindən idarə olunur.
                   -  Burada ədalətli qanunlar vardır.

               Dövlət (Platon)
               Platon öz fəlsəfəsində dövlət və cəmiyyət məsələlərinə də
               böyük əhəmiyyət vermişdir. Bu məsələlər əsasən insan və
               ruh  fəlsəfəsi  aspektində  açıqlanır.  O  hesab  edirdi  ki,
               insanlar  yetkin  cəmiyyəti  fərdi  şəkildə  qura  bilməzlər.
               Ona görə də, dövlətə və qanunlara ehtiyac vardır.
                  Ancaq dövlət öz vəzifəsini yerinə yetirmək üçün ideala
               yaxın  olmalıdır.  Bu  məqama  çatmaq  üçün  isə  idarəçilik
               üsullarının və qanunun müəyyən tələblərə cavab verməsi
               lazımdır.
                  Oksirinxdə     (Misir)  tapılmış  Platonun  "Dövlət"
               dialoqunun fraqmenti.
   283   284   285   286   287   288   289   290   291   292   293