Page 291 - Pure Life 13
P. 291

İslamda Siyasət və Idarəetmə
                        Author: Əzimov İlqar Qurban oğlu (Azərbaycan)
                                                                    1
                         Alınan Tarix: 30/07/2017                     Qəbul Tarixi: 01/10/2017

               Məqalənin Xülasəsi
               Siyasət  insan  həyatının  bütün  sahələrinə  təsir  edir.  O,
               yalnız  ən  incə  sənəd  deyil,  o,  habelə  sosial  varlıq  kimi
               insanın  özünü  təsdiqinin  mühüm  ünsürüdür.  Aristotel
               demişdir:  “Siyasətdən  kənar  cəmiyyət  yoxdur.”  “İnsan
               ictimai siyasi  heyvandır (canlıdır).”  Cəmiyyətdə yaşayıb
               siyasətdən asılı olmamaq mümkün deyil.

               Açar Sözlər: Siyasət, Idarəetmə, İslam

               Siyasət Nədir?
               Siyasətin Mənşəyi və Təbiəti
               “Siyasət”    termini  Qədim  Yunanıstanda  polis  sözündən
               əmələ  gəlmişdir,  mənası-  şəhər,  dövlət  deməkdir.
               Aristotelin  “La  Politika”  əsərində  “dövlətə  aid  olan  nə
               varsa” siyasət adlandırılmışdır. Aristotelin “Politika” əsəri
               Qərbin  siyasi  fəlsəfəsində  başlanğıc  nöqtəsi  hesab  edilir.
               Bu, yunan filosofunun siyasi rejimlərin müxtəlif növlərini,
               vətəndaşlığın  mənasını  və  siyasi  həyatda  təhsilin  rolunu
               sistemli təhlilə çəkən ilk böyük elmi iş idi.
                  Aristotelin  fikrincə  ,  cəmiyyət  daxilində  yaşayan  insan
               siyasi  varlıqdır.  Dövlət  təbii  şəkildə  ailədən  törəyərək
               hakimiyyət və tabeçilik münasibətlərini (ağa və kölə, ər və
               arvad, ata və övladlar) yeni səviyədə qurub həyata keçirir.
               Belə  ki,  “siyasət”  sözü  azərbaycan  dilində  çoxmənalı  söz
               kimi geniş yayılmışdır.







               1. İslam araşdırmaları institunun magistrı, İslam araşdırmaları institu, Əl-
               Mustafa Beynəlxalq Universiteti, Qum, İran, zaur_az@mail.ru
   286   287   288   289   290   291   292   293   294   295   296