Page 294 - Pure Life 13
P. 294
318 / PURE LİFE, On üçüncü buraxılış, Nəşr ili: Beşinci, 2018 May (1439 h.q. 1397 h.ş.)
Şah İsmail Xətai deyir:
“Söz var baş kəsir, Söz də var savaş kəsər.”
Bəli virtual aləm sözlərin dövr etdiyi, toqquşduğu və
ünsüyyət məkanıdır.
Virtual aləm mədəniyyətlərin, adətlərin, haqq və batil
inacların dünyaya çatdırılma məkanıdır. İslamın müasir
alimləri virtual aləmdən istifadəni zəruri bilmiş və düzgün
dəyərləndirilməsinə səsləmişlər.
Ayətullah Xamaneyi məxsusən gənclərə müraciət
etmiş, gəncləri müasir təbliğ maşınından istifadə etməyə
səsləmişdir. Virtual aləmdən istifadəsinin əlehinə olan
alimləridə görmək mümkündür.
Mürtəza Mütəhərri “Həmaseyi Hüseyn” əsərində qeyd edir:
“Məsciddə təşkil olunmuş məclislərin birində yeni
çıxmış səs gücləndirici avadanlığı gətirirlər, bir
neçə vaiz bu avadanlığı, “şeytan
avadanlığı”adlandırır.
Söz növbəsi Mürtəza Mütəhərriyə ç- atdıq da
deyir:"şeytan avadanlığını mənə gətirin.”
Yəni hər bir dövrün təlabat və şəraiti vardır, bunlardan
istifadə etməmək cəhalətdir.
Virtual aləmin mütləq olmasada nisbi faydaları inkar
olunmazdır. Qeyd etdiyimiz kimi virtual aləm söz
məkanıdır. Bu məkandan istifadə etməklə dinlərin və
məzhəblərin, ictimai və siyasi mədəniyyətlərin dostluğ və
qardaşlığını qurmaq olar.
NƏTİCƏ
Nəticə olaraq bunu qeyd etməm istərdim, Allah Taala
buyurur: