Page 290 - Pure Life 13
P. 290
322 / PURE LİFE, On üçüncü buraxılış, Nəşr ili: Beşinci, 2018 May (1439 h.q. 1397 h.ş.)
Gündəlik adi həyatda dölət rəhbərinin, partiyaların,
firmaların fəaliyyətinin və ya arvadın ərini idarəetmə
siyasəti hər cürə məqsədyönlü fəaliyyəti siyasət
adlandırmışlar. Bəzən də “siyasət şərdir”, “siyasət çirkin
işdir” və s. terminlərindən istifadə etmişlər.
Siyasi Fikir Tarixindən
Qədim dünyada Siyasət və Hakmiyyət Haqqında
Təsəvvürlər
Mifik təsəvvürlərə görə, yerdəki qayda-qanun dünya
qaydasının, kosmik qaydanın tərkib hissəsidir, ayrı-ayrı
şəxslər tərəfindən bu qaydanın pozulması səma və yer
hormoniyasının pozulmasına və fəlakətə gətirib çıxara
bilər. Qədim cəmiyyətdə bu qaydaları pozanlara dini-etik
(tabu) üzrə ciddi cəza verirdilər.
Eramızdan əvvəl birinci minillikdə siyasi təsəvvürlərin
rasional xarakter alması mifoloji ideyaya son qoydu.
Hindistanda Vedlərdə, Upanişadlarda; Çində-Konfutsiya
təlimində.
Konfutsiya patriarxal-paternalist konsepsiyaya görə,
dövlət böyük bir ailəni xatırladır, onun idarə olunması isə
aristokratik prinsiplərə əsaslanır. Bu təlim sonralar laoszi,
moszi legistlər tərəfindən inkişaf etdirilmşdir.
Qədim Yunanıstanda siyasi fikrin inkişafı üç əsas dövrə
bölünür:
Erkən dövr (e. ə. 9-6-cı əsr yunan dövlətçiliyinin
təşəkkül tapması dövrüdür) və Ellinizm dövrü. Bu
yunan dövət quruluşunun dağıldığı dövrdür.
E. ə. ikinci minilliyin sonu birinci minilliyin əvvəlində
siyasi təsəvvürlər Homerin “İlliada” və “Odisseya”
əsərlərində öz əksini tapmışdır. Bu əsərlərdə göstərilir ki,
ədalət adətin, adi hüququn əsası və prinsipidir.