Page 297 - Pure Life 13
P. 297

Dinlərin Dialoqu, Məzhəblərin Dostluğu və Virtual Aləmdəki Fürsətlər /315

                  İmam Şafei buyurur:
                      Mənim rəyim mənə görə doğrudur, amma yalnışda
                      ola  bilər.  Başqasının rəyi  isə  mənə  görə  yalnışdır,
                      amma doğruda ola bilər.”

                  İmam Əhməd buyurur:
                      “Məzhəb  banilərinin  və  müctəhidlərinin  bu  kimi
                      istisnalar tşkil edən ehtimallar verməsi həqiqətəndə
                      məsafələri bir növ yaxınlaşdırmış olur.
                      Əgər  məzhəb  alimləri  yalnız  öz  rəylərinin
                      doğruluğunu  iddia  edib,  digərlərinin  rəylərini  qəti
                      yanlış  hessb  etmiş  olsalar,  əlbətdə,  bu,  məzhəb
                      təəssübkeşliyinə səbəb olacaqdır.”


                  Əhli-sünnənin  müasir  alimlərindən  sayılan  Yusif
               Qardavi deyir:
                      “Üç  məsələdə  qarşı  tərəfi  inkar  etmək  doğru
                      sayılar:  Quranda  möhkəm(mütəşabeh  olmayan)  və
                      dəlaləti açıq-aydın olduğu halda.
                      Lakin özündə bir neçə məna və ehtimal daşıya bilən
                      ayədə  ictihad  məqbul  sayıldığından  alimlərin
                      görüşləri müxtəlif ola bilər.
                      Çün  ki  hər  bir  alim  ayəni  pöz  ictihadı,  şüuru  və
                      idrakı müstəvisində araşdırır.”

                  Həmçinin  şiələrin  altıncı  İmamı  Cəfər  Sadiq  ə.  hər
               hansı  bir  məsələ  ilə  bağlı  Quran  və  Sünnəyə  müraciət
               edəndə bu sözləri təkrar edirdi:
                      “Hər  bir  məsələnin  hökmü  üçün  Allahın  kitabı  və
                      Peyğəmbərin sünnəsin müraciət etmək lazımdır.”
   292   293   294   295   296   297   298   299   300   301   302