Page 295 - Pure Life 13
P. 295
Dinlərin Dialoqu, Məzhəblərin Dostluğu və Virtual Aləmdəki Fürsətlər /317
Necə ki, əhli sünnənin müasir və böyük alimlərindən
biri Yusif Qərdavi deyir:
“Dialoqdan məqsəd kimsənin öz rəyindən imtina
edib başqasının rəyini kor-koranə qəbul etməsi
nəzərdə tutlmur.
Əsas məqsəd mənəmlikdən, təəssübkeşlikdən
təmizlənərək haqqı haqq oalraq görüb ona təslim
olmaqdır.
Əgər bu müyəssər olmazsa, yenə də məzhəb alimlərinin
ixtilafdan çox ittifaq etdiyi və bünövrəcə daha möhkəm
olan ortaq dəyərləri vardır.”
İslam mənafeyi və məzhəblər arasında kı qardaşlıq
bağlarının möhkəmləndirilməsindən ötrü ciddi addımlar
atılmalı və bir məzhəb digər məzhəbin üzərində qələbəsi
kimi qiymətləndirilməməlidir.
Hər bir dövrün tələbləri olduğu kimi, müasir dövründə
özünə məxsus tələb və ehtiyacları mövcuddur. Bu
ehtiyacları və tələbləri tanımaq və ödəmək hər bir fərdin
çiyninə düşən vəzifələrdəndir. Bu səbəbə İmam Sadiq ə.
bizləri yaşadığımız dövrün tələblərini tanımağa səsləyir.
Yəni dövrümüzdən agah olmağa səsləyir, yalnız agahlıq
nəticəsində qarşılaşdığınız müşküllərlə laiqli mübarizə
apara bilərsiniz deyə bir simaric qoyur.
Virtual aləm yşadığımız çağdağ dövrün tə- ləblərindən
olan, insan həyatının ayrılmaz bir hissəsi kimi desək
yanılmarıq.
Virtual aləm fikir və düşüncələrin, idioloji məktəb və
görüşlərin təlqin vö təbliğ olunduğu bir məkandır. Virtual
aləm, yəni söz aləmi, elə bir sözlər bu aləmdə dövr
etməkdədir ki, bu sözlərlə ya baş kəsilir, yada savaş.