Page 133 - Pure Life 02
P. 133

İBRAHİMİ DİNLƏRDƏ ALLAH/ 237





                           Qeyd etmək lazımdır ki, «üç    üqnum əqidəsinə» inananlar və inanmayanlar
                         arasındakı ixtilaflar o qədər şiddətli idi ki, din rəhbərlərindən əlavə, xalq, yəni
                        hər qrupun tərəfdarlarının belə bir-birilərini görməyə gözü yox idi. («Qərb
                                                                 1
                        fəlsəfəsi tarixi», c. 1, səh. 625 və «Protestant  ilahiyyatı», c. 2, səh. 729-734)
                           Nəhayət, ki,  Konstantin həm din xadimlərinin, həm xalqın və  həm də  öz
                                                                 2
                        ailəsi  daxilindəki  qarşıdurmalardan  bezdi.   Və  çəkişmələrə  «son  qoymaq
                        niyyəti  ilə  bir  şura  yaratdı».  Sonradan  «nikeyya»  adlanan  bu  şura  yaranmış
                        ixtilaflara  «vahid  qərar»la  son  qoymalı  idi.  Konstantin  isə  özünü  bitərəf
                        göstərməyə  çalışırdı.  Çünki  o  nüfuzunu  saxlamaqla,  daha  doğrusu,  özünə
                        düşmən qazanmamaqla birgə, arvadının və bacısının da tənələrindən qorxurdu.
                           Tarixi  mənbələrə  əsasən,  Pavelin  tərəfdarları  Nikeyya  şurasında,
                        325-ci ildə, məğlub olsalar da, şurada iştirak edənlərin əksəriyyəti «üç
                        üqnum əqidə»sini təsdiqləməyə səs verdilər. Onu şuranın vahid əqidəsi
                        kimi  tanımağa  imza  atdılar.  Buna  səbəb  isə,  söylənilən  əqidənin
                        bütpərəst  Konstantinin  dininə  olan  hədsiz  oxşarlığı  idi.  Bəyannaməyə
                        diqqət etdikdə isə hər şey aydın olur: «Nikeyya məclisinin son qərarı:
                           1.  (Roma bütpərəstlərinin müqəddəs saydığı) bazar günü, rəsmi dini tətil
                                           3
                               elan olunsun.
                           2.  (Günəş  Allahının  «doğulduğu»  gün)  25  dekabr  İsanın  (ə)  ad  günü
                                            4
                               qərar verilsin.
                                                                         5
                           3.  Günəş üzərində olan xaç müqəddəs sayılsın.
                           4.  «Üç üqnum əqidəsi» məsihiyyətin ana əqidəsi qərar verilsin.»

                        1.  Protestantizm,  (latın  sözüdür,  (protestans)  etiraz  edən»,  «açıq  şəkildə  sübut  edən»
                        mənasınadır)  Katolisizm  və  pravoslavlıqdan  sonra  xristianlığın  reformasiya  dövründə
                        meydana gəlmiş cərəyan. Protestantlar katolik məşhərini qəbul etmirlər. Bəzi müqəddəsləri,
                        mələkləri  və  Məryəmi  (ə)  bir  növ  rədd  edirlər.  Protestantların  təsəvvürünə  görə  insana
                        firavanlıq, səadət Allahın köməyilə nəsib olur. Kilsədən yan keçməklə «nicat» yalnız insanın
                        şəxsi etiqadı və Allahın iradəsi sayəsində əldə edilir. Onlar nəinki kilsəyə və ruhanilərə, eyni
                        zamanda  dini  ayinlərə  də  ikinci  dərəcəli  yer  ayırırlar.  (Şəriət  öz  əhəmiyyətini  itirmiş)
                        ikonalara,  quru  cəsədlərə,  təbərrüklərə  sitayiş  yoxdur.  Skandinaviya  ölkələrində  Almaniya,
                        İsveçrə, Böyük Britaniya, ABŞ, Kanada, Avstraliya və s. kimi ölkələrdə yayılmışdır.
                        2. Konstantin bütpərəst idi. Yelena (arvadı) Pavelçi və Konstantina (bacısı) Pavelin əleyhdarı idi.
                        3. Xristianlar əvvələr «cümə» gününü tətil sayırdılar.
                        4.  Bəzi  xristian  məzhəbləri  bu  günün  İsaya  aid  olmadığını  söyləyirlər.  Məs:  Yeqova
                        şahidləri. Onlar ümumiyyətlə üç üqnum əqidəsinə də inanmırlar.
                        5. Konstantin günəş Allahına ibadət edirdi.
   128   129   130   131   132   133   134   135   136   137   138