Page 170 - Pure Life 02
P. 170
200/ PURE LIFE, Vol.2.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)
6- Allahın gözlə görülməməsi
Təlmud və Tövrata əsasən Allah gözlə görülməz. Çıxış bölümündə yazılır:
1
"Sonra O davam etdi: Üzümü isə görə bilməzsən"
Təlmudda yəhudi aliminin imperatorla maraqlı mübahisəsi mövcuddur.
Roma İmperatoru Hadriat, Rabbi Yahuşu bin Həninaya dedi: Sizin
Allahınızı görmək istəyirəm. Rabbi Yahuşu bin Həninaya ona belə cavab
verir: Bu qızmar günəşə bax.
İmperator deyir: Baxa bilmirəm.
Rabbi Yahuşu bin Həninaya deyir: Allahın yaratdığına baxmaq,
2
müşahidə etmək bacarığın yoxdursa, necə ola bilər ki, Yaradanı görəsən?
7- Allahın məkansızlığı
Yəhudi alimləri müqəddəs kitablardakı bəzi cümlələri misal gətirərək,
Allahın zaman və məkanın fövqündə dayandığını söyləyirlər: ""Hamınız
Rəbbin isminə həmd edin! Çünki yalnız Onun ismi ucadır. Əzəməti
3
göylərin, yerin üstündədir." "Kimsə gizli yerlərdə saxlana bilər ki, Mən
onu görə bilməyim? Rəbb belə bəyan edir: Yeri, göyü Mən
4
doldurmamışammı?" Bir padşah yatdığı yerdə olarkən, sarayının başqa
hissəsində var ola bilməz. Yaxud əksinə. Amma Allah-təalanın pak zatı
5
həm yuxarıları, həm də aşağıları əhatə edib."
Ümumiyyətlə, çox vaxt yəhudi alimləri Allahı "Məkan" adlandırır.
Bunun səbəbi isə Allahın məkanı əhatə etməsi, onun fövqündə dayanması,
amma dünyanın Onun məkanı olmamasıdır. "Allahın pak zatı dünyanın
6
məkanıdır. Lakin dünya Allahın məkanı deyil."
Bunun yəhudilərin baxışında əxlaqi görüşü ondan ibarətdir ki, insanlar
Allahın daim onlara nəzarət etdiyini bilməlidirlər.
8- Allahın mütləq qüdrəti
Yəhudi alimlərinin fikrincə, Allah-təala mütləq qüdrət sahibidir. Heç bir
şey onun qüdrəti xaricində deyil.
1. Çıxış 33:20
2. Şamuel, 2: 2
3. Məzmur, 148:13.
4. Yeremya, 23:24.
5. Midraş Tahilim, 103 A.
6. Berşit Rabba, 68:10.