Page 167 - Pure Life 02
P. 167

İBRAHİMİ DİNLƏRDƏ ALLAH/ 203





                           Yaxud    Əhdi-ətiqdə  Allah-təala  Musaya  deyir  ki;    "Bütün  İsrail
                        övladlarının icmasına bəyan edib de: Müqəddəs olun, çünki Mən Allahınız
                                            1
                        Rəbb müqəddəsəm."
                           Tövratın  başqa  bir  yerində  isə  deyilir:  "Allah  insan  deyil  ki,  yalan
                        söyləsin,  bəşər  oğlu  deyil  ki,  fikrini  dəyişdirsin.  Dediyini  həyata
                                                                      2
                        keçirməzmi? Verdiyi sözü yerinə yetirməzmi?"
                           1-  Allahın ədalətli olması
                         Əhdi-ətiqin, Təlmudun və sair müqəddəs kitabların təfsirçiləri daim Allahın
                        ədalətinə  təkid  edir  və  buna  iman  gətirməyin  zərurətinə  diqqət  çəkirlər.
                        Onlar Tövratdan və sair müqəddəs kitablardan nümunələr gətirirlər: "Sadiq
                                                                                     3
                        Allahdır, heç zaman haqsızlıq etməz, Adil və doğru olan Odur."
                           Tövrat Allahı "İşləri kamil Qaya" adlandırır. Bundan məqsəd, Allahın
                        bütün  işlərinin  haqq-ədalət  üzərində  qurulmasına  və  möhkəm,  nöqsansız
                                                   4
                        olmasına diqqət çəkməkdir.  Yaxud Tövratda Allahın hökmran, tərəfkeşlik
                                                                                                5
                        etməyən, rüşvət almayan, böyük, qüdrətli, zəhmli Allah olduğu söylənilir.
                           Bundan əlavə, Tövratda Həzrət İbrahimin Allaha belə müraciət etdiyini
                        görürük:  "Axı  Sən  bunu  etməzsən,  saleh  adamı  günahkarla  birgə
                        öldürməzsən.  Saleh  adamın  aqibətini  günahkarınkı  kimi  etməzsən,  Sən
                                                                                         6
                        bunu eləməzsən. Bütün dünyanın Hakimi belə ədalətsizlik etməz."
                           2-  Allahın rəhimli olması
                        Allahın rəhimli olması haqda, yəhudi alimləri ortaq fikirdədirlər. Lakin diqqət
                        etmək  lazımdır  ki,  yəhudilikdə  Allahın  feli  sifərlərinin  yəhudi  xalqına  xas
                        olmasına etiqad bəslənilir. O cümlədən də, Allahın yəhudilərə xüsusi olaraq
                        rəhimli  olması  qeyd  edilir.  Lakin  yəhudi  alimlərinin  şəxsi  fikirlərinə  və
                        müqəddəs  kitablarında  Allahı  yəhudin  tayfasına  məxsus  etmələrinə
                        baxmayaraq, Əhdi-ətiqi araşdırdıqda, daha ülvi və ali mənaların şahidi oluruq.





                        1. Levililər 19:1-2
                        2. Saylar, 23: 19
                        3. Qanunun təkrarı, 32:4: Bəraxut, 10 A
                        4. Qanunun təkrarı, 32:4
                        5. Qanunun təkrarı, 10:17
                        6. Varlıq, 18:25
   162   163   164   165   166   167   168   169   170   171   172