Page 173 - Pure Life 02
P. 173
İBRAHİMİ DİNLƏRDƏ ALLAH
Müəllif: Dr. Tofiq Əsədov (Azərbaycan)
1
Bu məqalədə İbrahimi dinlərdə; yəni yəhudilik, məsihilik və islamda
Allah-taalanın həqiqəti haqda olan fikirlər sizlər üçün açıqlanacaq və
sonda müqayisə olacaq:
A. YƏHUDİLİKDƏ ALLAH
Yəhudiliyin müqəddəs kitabı olan Əhdi-ətiqin və Təlmudun, həmçinin bu
kitabları təfsir edən alimlərin Allah barəsində söylədikləri, demək olar ki,
olduqca ziddiyyətli və bir-birinə uyğun olmayan sözlərdir. Yəhudilərin
müqəddəs kitabları Allah-təalanı tam şəkildə cismi və insani
xüsusiyyətlərə malik, maddi varlıq kimi, bəzən insandan daha aşağı
şəkildə vəsf edir. Lakin bununla bərabər, həmin kitablarda Allah-təala ali
və kamil xüsusiyyətlərlə də vəsf edilmişdir. Çox saylı müasir yəhudi
alimləri məhz qeyd etdiyimiz sonuncu xüsusiyyətlərlə Allahı vəsf edirlər.
İlk olaraq bunu söyləmək lazımdır ki, yəhudi dini Allaha və tövhid
əqidəsinə inam bəsləyən dinlərdən biridir. Yəhudi alimlərinin bütün
əsərlərində Allah-təalanın varlığı aydın, şübhəsiz və sübuta ehtiyacı
olmayan bir həqiqətdir. Buna görə də, onların əsərlərində Allahın
2
varlığının sübutuna aid dəlillər gözə çarpmır. Yəhudilikdə Allahın adı
"Yəhvə" o qədər müqəddəs sayılır ki, bu adı dilə gətirməkdə çətinlik
çəkirlər və ona hörmətsizlik edəcəklərindən ehtiyat edirlər. Bu adın
hörməti olduqca çoxdur və onu Tövrat tilavət edərkən belə dilə gətirmək
haram bilinir. Yalnız xüsusi dualar zamanı məxsus din xadimləri Yəhvənin
adını dilə gətirir. Onun əvəzində "Yaradan", "O", "Mənim ağam" və sair
kimi kəlmələrdən istifadə edilir.
Təlmudun yazdığına əsasən, Musa Fironla mübahisə etdiyi zaman,
Firan ona deyir: Sənin Allahın kimdir?
1. Əsas Elmi-heyətinin üzvü, Əl-Mustafa BeynəlxalqVirtual Universiteti, Qum, İran,
tofiq.asadov@inbox.ru
2. Allah, dünya, insan və Məsih Təlmudun təlimləri əsasında", Dr. Rabb, Abaraam Kohen,
birinci çap, əl-Məi nəşriyyatı, 1382 h. ş.