Page 171 - Pure Life 02
P. 171

İBRAHİMİ DİNLƏRDƏ ALLAH/ 199





                           1-  Allahın ruzi verən olması
                        Təlmuda  görə  Allah  "Rəzzaq"  (Ruzi  verən)  və  Rəbb  (İdarə  edən)  dir.
                        Bütün  varlıq  dünyası  Onun  meyl  və  iradəsinə,  ruzi  bəxş  etməyinə
                        möhtacdır. "Allah daim dünyada var olan bütün varlıqlar üçün, ehtiyacları
                                                                                               1
                        qədər ruzi bəxş edir. İman əhlinə və bütpərəstlərə də ruzisini əsirgəmir."

                           2-  Allahın cisim olmaması və bənzərsizliyi
                        Təlmudun  müasir  təfsirçiləri  yəhudi  dinində  Allahın  cisim  olmamasına
                        inandıqlarına israr edirlər. Onlar Allahın Əhdi-ətiqdə və Təlmudda çisimi
                        xüsusiyyətlər  ilə  təsvir  edilməsinə  belə  aydınlıq  gətirirlər  ki,  Allah
                        insanların öz dili ilə, başa düşdükləri tərzdə onlarla danışır. "Biz Allahın
                        maddi  varlığa  olşadıldığını,  insanların  ilahi  kəlamı  və  Allahı  daha  yaxşı
                                                                2
                        dərk etmələri üçün olduğunu düşünürük."
                           Təlmuda  görə,  ruh  bədəni  əhatə  edərək,  onu  gördüyü  kimi,  Allah  da
                        cahanı əhatə edir və hər şeydən xəbərdardır. Amma onu gözlər görə bilmir.
                        Ruhun  harada  olduğunu  dərk  edə  bilmədiymiz  kimi,  Allahın  da  harada
                                                                                      3
                        olmasını dərk edə bilmərik. Bir halda ki, O, dünyanı əhatə edib.
                           Tövratda olduqca maraqlı bir şəkildə Allahın dili ilə onun bənzərsiz və
                                                                                          4
                        misilsiz olmasl qeyd edilir: "Mənə bənzəyən varmı? Xəbər versin."
                           Yenə həmin Tövratda Allahın göylərə və buludlara hökm etməsi təbiri
                        ilə  Onun  qüdrətinə  işarə  edilərək,  bənzərsizliyinə  təkid  edilir:  "Ey
                        Yeşurun,  bax  sənə  kömək  etmək  üçün  göylər  və  buludlara  əzəməti  ilə
                                                       5
                        minən Allahın bənzəri yoxdur."
                           Əhdi-ətiqə  görə,  Rəbbə  oxşar  ikinci  müqəddəs  yoxdur.  Orada  deyilir:
                                                                                                 6
                        "Ey  Rəbb,  yeganəsən  Sən!  Allahımız  kimi  sığınacaq  qaya  yoxdur!"
                        Yaxud yazılır: "Məni kimə bənzədəcəksiniz, kimə oxşadacaqsınız, kiminlə
                                                                 7
                        müqayisə edəcəksiniz ki, biz oxşar olaq?"


                        1. Məxilya, Tövratın Çıxış bölümünün 18-ci ayəsinin təfsirində.
                        2. Bəraxut, 31 B; Məxilya, Tövratın Çıxış bölümünün 18-ci ayəsinin təfsirində, 65 A.
                        3. Bəraxut, 10 A.
                        4. Yeşaya, 44:7
                        5. Qanunun tekrari 33:26
                        6. Şamuel, 2: 2
                        7. Yeşaya, 46:5
   166   167   168   169   170   171   172   173   174   175   176