Page 169 - Pure Life 02
P. 169

İBRAHİMİ DİNLƏRDƏ ALLAH/ 201





                           Onun üçün qeyri-mümkün heç bir şey yoxdur. Müqəddəs kitabda Həzrət
                        Daniel bu haqda deyir: "Allahın adı əbədi olaraq izzətlənsin! Çünki hikmət
                        və qüdrət Ona məxsusdur. Vaxtı və dövrü dəyişdirən Odur. Dərin və gizli
                                                                                        1
                        sirləri O açar, Qaranlıqda qalanı O bilər. İşıqla əhatə olunan Odur."
                           Diqqət  etmək  lazımdır  ki,  yəhudi  dinində  ən  əsas  və  bünövrə  olaraq,
                        Allahın  mütləq  qüdrəti  göz  önünə  çəkilir.  Xristianlıqda  "məhəbbət  dini"
                        şüarı və islamda "rəhmət" prinsipi qabardıldığı və bununla tanındığı kimi,
                        yəhudilik demək olar ki, qüdrət dinidir. Mütləq qüdrətə sahib olan Allahın
                        yeganə tayfasının dini kimi tanıtdırılır.
                            Əhdi-ətiqdə dəfələrlə Allahın mütləq qüdrətinə təkid edilir. Deyilir ki,
                        ancaq  Rəbb  həqiqi  Allahdır.  Var  olan  Allahdır,  Əbədi  Padşah  Odur.
                                                                                             2
                        Qəzəbindən dünya titrəyər, hiddətinin qarşısında millətlər dura bilməz.
                           Salnamələrdə deyilir: "Ya Rəbb, əzəmət, qüdrət, cəlal, zəfər və şöhrət
                        Sənə məxsusdur, çünki göydə və  yerdə  olan hər  şey Sənindir. Ya Rəbb,
                        padşahlıq  Sənindir  və  Hökmdar  olaraq  hər  şeydən  ucasan.  Var-dövlətlə
                        şöhrət  Səndən  gəlir  və  Sən  hər  şeyə  hökmranlıq  edirsən.  Hər  kəsi
                        yüksəltmək və gücləndirmək üçün qüdrət və güc Sənin əlindədir. İndi, ey
                                                                                     3
                        Allahımız, biz Sənə şükür edirik və izzətli adına həmd edirik."
                           Yaxud yazılır: "Qüdrətlə qüvvət Sənin əlindədir və heç kim Sənə qarşı
                                     4
                        dura bilməz."
                           5-  Allahın sonsuz elmi
                        Yəhudi  alimlərinin  fikrincə,  Allah-təala  mütləq  elmə  malikdir  və
                                                                 5
                        gələcəkdə baş verən hər bir şeyə agahdır.
                                                               6
                           Çünki Rəbb hər şeyi bilən Allahdır,  Allah üçün məxfi olan heç bir şey
                        yoxdur. "Allahın adı əbədi olaraq izzətlənsin!... Dərin və gizli sirləri O
                                                                                    7
                           açar, Qaranlıqda qalanı O bilər. İşıqla əhatə olunan Odur."

                        1. Daniel, 2:20-22
                        2. Yeremya,10:10
                        3. Salnamələr (1), 29:11-13
                        4. Salnamələr (2) 20:6
                        5. Sanhedrin, 90B
                        6. Şamuel, 2:3
                        7. Daniel, 2:20-22
   164   165   166   167   168   169   170   171   172   173   174