Page 172 - Pure Life 02
P. 172

198/ PURE LIFE, Vol.2.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)





                           Mən onun səsini eşitmək varlığını duymaq istəyirəm. Musa cavabında deyir:
                        Dünya bizim Allahımızın iqtidarı ilə doludur. O kainatın yaranmasından öncə də
                        var idi. Dünya sona çatdıqdan sonra da var olacaq. O səni yaradıb və bədəninə
                                                                                        1
                        ruh ilə həyat verib. O səmaları yaradıb, yer üzünü (xalça kimi) döşəyib.
                           Yəhudi  dininə  əsasən,  dünya  və  təbiət  özü  Allahın  var  olmasını
                        hayqırır. İnsan öz düşüncəsi, fərasəti və ağlı ilə Allahın var olmasını dərk
                        etməyə qadirdir. Təlmuda görə, İbrahim (ə), Əyyub (ə), Hezegel və Məsih
                                                                                          2
                        ağıl və düşüncələrinin gücü ilə Allahın var olmasına yəqin tapıblar.
                        Gəlin birlikdə bu qarışıq və ziddiyyətli bəyanlara qısa bir nəzər salaq:
                           1-  Allahın birliyi
                        Yəhudi  dinində  tövhid  əqidəsinin  böyük  əhəmiyyəti  vardır.  Yəhudilik
                        daim  bütpərəstliklə  mübarizə  aparmışdır.  Əhdi-ətiqdə  deyilir:  "Rəbb,
                        İsrailin  Padşahı,  Ordular  Rəbbi  belə  deyir:  "Mən  birinciyəm,  Mən
                                                                    3
                        sonuncuyam,  Məndən  başqa  Allah  yoxdur."   Yaxud oxuyuruq:  "Məndən
                                                                4
                        başqa Allah varmı? Başqa Qaya yoxdur."
                           Təlmudda yazılır: "Allah Adəmi yaratdığı zaman bir surətdə xəlq etdi
                                                                                       5
                        ki, kafirlər səmalarda başqa tanrıların olmasını iddia etməsinlər."
                           Ümumiyyətlə,  bir  Allaha  olan  inam,  yəhudi  dininin  mühüm
                        etiqadlarından sayılırdı. Belə ki, təkallahlılıq, bu dini zamanındakı başqa
                        inanclardan  fərqləndirən  əsas  xüsusiyyət  idi.  Necə  ki,  deyilir:  "Hər  kəs
                                                                 6
                        bütpərəstliyi inkar etsə, yəhudi adlanırdı."
                           Tövratda deyilir: "İndi görün ki, Allah yalnız Mənəm. Başqası yoxdur.
                        Mənəm öldürən və həyat verən, Mənəm yaralayan və şəfa verən, Heç kim
                                                7
                        əlimdən qurtara bilməz."
                           Yaxud yenə Tövratda oxuyuruq: "Allahın Rəbb Mənəm. Məndən başqa
                                           8
                        allahların olmasın."

                        1. Şəmut Rəbba, 5:14.
                        2. Bemidbar Rəbba, 14:2.
                        3. Yeşaya, 44:7
                        4. Yeşaya, 44:8
                        5. Sanhedrin, 18 A.
                        6. Megila, 13 A.
                        7. Qanunun təkrarı, 32:8
                        8. Qanunun təkrarı, 5:6-7
   167   168   169   170   171   172   173   174   175   176   177