Page 166 - Pure Life 02
P. 166
204/ PURE LIFE, Vol.2.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)
"Onlara de: "Varlığıma and olsun, pis adamın ölümündən yox, onun öz
1
yolundan dönüb yaşamasından zövq alıram" Xudavənd Rəbb bəyan edir."
Müqəddəs mənbələrdə Allahın cismani təsviri
Təəccübləndirici haldır ki, yəhudilərin müqəddəs kitabları Allahı belə gözəl
şəkildə vəsf etdiyinə baxmayaraq, çoxsaylı digər fəsil və cümlələrində Onu
sadə bir insandan da aşağı səviyyəyə endirmişdir.
1- Allahın cisim və insani xüsusiyyətlərə malik olması
Müqəddəs kitaba görə, Allah insan kimidir, saçı, hörükləri və paltarları
var. "Nəhayət, mən gördüm ki, Taxtlar quruldu və Əzəldən Var Olan
oturdu. Onun əynində qar kimi bəyaz paltar var idi, Saçları yun kimi
2
ağappaq idi. Taxtı alov dilləri tək, çarxları yanar od kimi idi."
Allah gözlə görülə bilər, qeyb olur və iki ayağı üstə yol gedir. Tövrata görə,
Musa Harun, Nadav, Avihu və İsrail ağsaqqallarından yetmiş nəfərlə birgə
çıxıb, İsrailin Allahını görürlər. Onun ayaqları altında göy yaqutdan döşəməyə
3
bənzər, səmanın özü kimi aydın bir şey olduğunu müşahidə edirlər. Tövratda
4
deyilir: "Rəbb Musa ilə üz-üzə, dostu ilə söhbət etdiyi kimi danışardı."
Tövratda yazılana əsasən, Adəm və Həvva günün sərinliyində bağda
5
gəzişən Allahın (ayaq) səsini eşidirlər. Həmçinin oxuyuruq ki, Allah
6
Yaqubla danışdığı yerdə onun yanından yuxarı çəkilir. Göylərə ucalır.
Tövrata görə, Allah İbrahimlə bir süfrədə əyləşərək yemək yeyir. İbrahim (ə)
Onun ayağını yuyur və xəmirdən hazırlanmış çörəyə, yağa, südə, qızardılmış
7
dana ətinə qonaq edir.
2- Allahın elminin məhdud olması
Tövratın müxtəlif yerlərində Allahın elminin məhdud olması, ən adi
məsələlərə belə agah olmaması qeyd edilir.
1. Hezegel, 33:11; Mişna Avuut, 3:15
2. Daniel, 7 fəs. 8-ci cüm
3. Çıxış, 24:9-10
4. Çıxış, 33:11
5. Varlıq, 3:8
6. Varlıq, 35:13
7. Varlıq, 18-ci fəs. 1-16-cı cüm.