Page 168 - Pure Life 02
P. 168
202/ PURE LIFE, Vol.2.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)
Yəhudilərin müqəddəs kitabı Allahın elmində şəkk edənləri ağılsız
sayır. Təəccüblə, "necə ola bilər ki, Yaradan yaratdığı şeyin hər bir
zərrəsinə və davamiyyətindəki həyatının hər bit nöqtəsinə agah olmasın?"
deyə sual verir. Necə ki deyilir: "Öz niyyətlərini Rəbdən gizlətməyə
çalışanların vay halına! Qaranlıqda iş görən bu adamlar «Bizi kim görür,
kim tanıyır?- deyirlər. Bu nə cür ağılsız düşüncədir! Heç dulusçunu gil ilə
bir tutmaq olarmı? Düzəldilən əşya onu düzəldən barədə O məni
düzəltmədi- deyərmi? Qab onu yaradan barədə O heç nə anlamır-
1
deyərmi?"
3- Allahın əbədi və əzəli olması
Yəhudi alimləri Allah-təalanın əbədi və əzəli olmasına etiqad bəsləyirlər.
Bu haqda onlar müxtəlif mənbələrdə təkidlə Allahın əbədi və əzəli
2
olmasına bəyan etmişlər.
Tövratda da bu haqda çox saylı məlumatlar mövcuddur. Orada deyilir:
"Çünki əlimi göylərə qaldırıb belə bəyan edirəm: "Əbədi Varlığıma and
3
4
olsun!" Yaxud yazılır: "Pənahgahın əzəli əbədi Allahdır."
4- Allahın pak, kamil və nöqsansız olması
Yəhudi alimləri daim Allah-təalanın paklığına, kamilliyinə və
nöqsansızlığına təkid edirlər. Bu paklıq və kamillik, hər bir mənaya
şamildir. İstər qüdrət və ehtiyacsızlığı, istərsə də, pis əməllərdən
uzaqlığına şamildir. "Yeşua xalqa dedi: Rəbbə qulluq edə bilməzsiniz,
5
çünki O, müqəddəs Allahdır."
Həmçinin deyilir: "Allahınız Rəbb Mənəm. Özünüzü təqdis edin və
müqəddəs olun, çünki Mən müqəddəsəm; Çünki Allahınız olmaq üçün sizi Misir
6
torpağından çıxaran Rəbb Mənəm. Müqəddəs olun, çünki Mən müqəddəsəm."
1. Yeşaya, 29:15-16; Berşit Rabba, 1:24
2. Baraxut, 28B
3. Qanunun təkrarı, 32:40
4. Qanunun təkrarı, 33:27
5. Yeşua, 24:19
6. Levililər, 11:44-45