Page 165 - Pure Life 02
P. 165
İBRAHİMİ DİNLƏRDƏ ALLAH/ 205
"Rəbb yenə dedi: Sodom və Homorraya qarşı qalxan fəryad böyük,
oranın adamlarının günahı çox ağırdır. Buna görə də aşağı enib baxacağam
1
ki, Mənə çatan fəryadın doğru olub-olmadığını bilim."
Varlıq, 1-ci fəs. 1-26-cı cümlələrə istinadən, Allahın dünyanı yaradarkən,
ən adi varlıqların keyfiyyətindən xəbərsiz olduğunu bəyan edir. Yaratdıqdan
sonra onun yaxşı olduğuna agah olur. Tövrata görə, başlanğıcda Allah
göyləri və yeri yaradır. Yer quruluşsuz və boş, dərin sular üzərində qaranlıq
hökm etdiyi zaman, Allahın Ruhu suların üzərində dolaşır. Allah deyir:
"Qoy işıq olsun". İşıq olur. Allah görür ki, işıq yaxşıdır. Sonra O, işığı
qaranlıqdan ayırır. Allah qurunu "yer", su yığınlarını isə "dənizlər"
adlandırdıqdan sonra, görür ki, bu da yaxşıdır. Yalnız ağaclar meyvə
gətirdikdən sonra Allah görür ki, bu yaxşıdır. Allah ulduzları göy qübbəsinə
qoydurdan sonra yer üzünə işıq saçdığına görə, gündüzü və gecəni idarə
etdiyi və işığı qaranlıqdan ayırdığı üçün onun yaxşı olduğunu anlayır.
Ümumiyyətlə, Tövrata görə Allah hər növ çöl heyvanlarını, hər növ ev
heyvanlarını, yerdə sürünən bütün canlıları, bütün qanadlı quşları, nəhəng su
əjdahalarını və suda qaynaşan hər növ bütün sürünən canlı məxluqları
yaratdıqdan sonra anlayır ki, bu, yaxşıdır.
Bibliya Allahı elmsizlikdə adi bir insan həddindən də aşağıya endirir.
Fironu və onun ətrafındakı zalım şəxsləri «gecə cəzalandırmaq» fikrinə
düşən «Allah» (guya) onların evini tanımadığı üçün, Musaya (ə) quzu
kəsməyi və onun qanını mömin adamların qapısına vurmağı tapşırır.
Çünki möminlərin evini zalımların evi ilə səhv salacağından qorxur. Quzu
qanı isə bir nişanə kimi ona kömək ola bilir. Çıxış, 12-ci fəsil, 12-13-cü
cümlələrdə yazılır: "Mən isə o gecə Misir torpağından keçəcəyəm. Misir
torpağında olan həm insanların bütün ilk oğullarını, həm də heyvanların bütün
ilk balalarını öldürəcəm. Bütün Misir allahlarına da cəza verəcəyəm. Rəbb
Mənəm. Sizin olduğunuz evlər üzərindəki qan sizin üçün əlamət olacaq. Qanı
görəndə yan keçəcəyəm və Misir ölkəsini cəzalandırdığım zaman sizə
məhvedici bəla gəlməyəcək."
1. Varlıq, 18:20-21