Page 176 - Pure Life 02
P. 176
İBRAHİMİ DİNLƏRDƏ PEYĞƏMBƏRLİK VƏ VƏHY/ 194
İslam Peyğəmbəri Həzrət Məhəmməd (s) də, Allahın iznilə bir çox qeybi
xəbərlərdən agah edirdi. Qurani-Kərim ona müraciətlə buyurur: «Bunlar
qeyb xəbərləridir ki, sənə vəhy etdik.» (Yusif, 102)
4. Bütün peyğəmbərlər Allaha doğru dəvət etmişlər
Bizim əqidəmizə əsasən, bütün İlahi peyğəmbərlər öz çağırışlarında vahid
bir hədəfə, məqsədə qulluq etmişlər. Onların hədəfi, insanları Allaha və
Qiyamət gününə olan inamla, ilahi dininin düzgün qavranılması və əxlaqi
məsələlərin riayət olunması ilə əbədi səadətə yönəltmək idi. Elə bu səbəbdən
də, bütün peyğəmbərlər biz müsəlmanlar üçün əziz və möhtərəmdir.
Qurani-Kərim bu əqidəni bizə öyrətmişdir: «Biz İlahi peyğəmbərlərin arasında
heç bir ayrı-seçkilik (fərq) qoymuruq.» (Bəqərə, 285)
Lakin dövran keçdikcə, zaman ötdükcə, insan elm və maddi imkanlar
cəhətindən inkişaf edərək, daha üstün və dərin mənalı təlimləri qavramaq
qabiliyyətinə malik oldu. Allah-Taala da, öz sonuncu və ən kamil dini olan
İslamı insanlara bəxş etdi. Qurani-Kərimin Maidə surəsinin 3-cü ayəsində
buyurulur: «Bu gün sizin dininizi kamil etdim, və nemətimi sizə tamamladım,
və İslam dinini sizin üçün əbədi din seçdim!».
5. Xatəmiyyət
Dinimizin buyruğuna görə Allah-Taala bəşəriyyətin hidayəti və insanları
tələb olunmuş (nəzərdə tutulmuş) kamilliyə və əbədi səadətə yetirmək
üçün peyğəmbərlər göndərmişdir. Əgər Allah öz peyğəmbərlərini bəşəriyyətin
hidayəti üçün göndərməsəydi, bəşər və dünya öz yaranış hədəfinə yetişməz,
uca kamilliyə çatmaq hədəfilə yaradılan insan, azğınlıq yollarında sərgərdan
olaraq, nəfsinin yaratdığı çirkab bataqlıqlarında boğulardı, nəticədə Tanrının
insanı yaratmaqda olan məqsədinin, hədəfinin mənasız olması lazım gələrdi.
Beləliklə, bəşəriyyətə göndərilmiş sonuncu və eyni zamanda kamil din,
islam dini olduğu üçün, Peyğəmbərimiz də sonuncu peyğəmbərdir.
Dinimizin buyuruğuna əsasən, Həzrət Məhəmməddən sonra bəşər
övladlarına heç bir peyğəmbər göndərilməyəcəkdir.
Deməli o, həm nəbilərin və həm də rəsulların sonuncusudur. Necə ki
Qurani-Kərimin Əhzab surəsinin 40-cı ayəsində buyurulur: Məhəmməd
aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu
(elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!