Page 177 - Pure Life 02
P. 177
193/ PURE LIFE, Vol.1.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)
2. Peyğəmbərlər Allahın itaətkar bəndələridirlər
İlahi peyğəmbərlərin ən böyük iftixarı, onların Allah-Taalaya itaətkar, müti
bir bəndə olmalarıdır. Elə bu səbəbdən də, hər gün öz namazlarımızda İslam
peyğəmbərinə xitab olaraq, belə söyləyirik: «Şəhadət verirəm ki, Məhəmməd
1
Allahın bəndəsi və elçisidir!» Biz etiqad bəsləyirik ki, ilahi peyğəmbərlərdən
heç biri Allahlıq iddiası etməmiş, peyğəmbərlərin heç biri xalqı onlara ibadət
etməyə çağırmamışdır. Qurani-Kərim buyurur: «Heç bir bəşər övladına layiq
deyildir (ixtiyarı yoxdur) ki, Allah ona kitab, hikmət və peyğəmbərlik
verəndən sonra desin: «Allahın bəndələri deyil, mənim bəndələrim olun!
(Mənə ibadət edin)»Halbuki, peyğəmbərlər Allahın kitabı Qurandan
öyrəndiyiniz və ondan oxuduğunuz kimi; «Yalnız Allaha pərəstiş edin!»
deyirlər. (Ali -İmran, 79)
Hətta Həzrət İsa (ə) da, heç vaxt insanları ona bəndə olmağa, ona pərəstiş
etməyə çağırmamış, həmişə özünü Allahın məxluqu, bəndəsi və elçisi saymışdır.
Nisa surəsinin 172-ci ayəsində buyurulur: «Əsla Məsih, Allahın bəndəsi
olmaqdan çəkinməyirdi (imtina etmirdi) və (Allaha) yaxın olan mələklər
də, Allah bəndəsi olmaqdan imtina etmirlər.»
2
Hazırkı xristianlığın tarixinə nəzər salsaq, «Təslis - müqəddəs üçlük əqidəsi»nin
birinci əsrdə mövcud olmadığını, sonradan meydana gəldiyini görərik.
i. 3. Möcüzələr və elmi-qeybə olan agahlıq
Peyğəmbərlər Allahın bəndələri və Onun qullarıdır. Lakin onların Allaha bəndə
olmaqları, «Allah-Taalanın icazəsilə keçmişə, indi və gələcəyə aid olan bir sıra
sirli (məxfi) işlərdən xəbərdar olmalarına mane deyildir (Allah sadiq bəndələrinə
həmişə öz elmindən istədiyi qədər pay verir). Qurani-Kərim buyurur: «Allah-Taala
qeybə agahdır və öz qeybinin sirlərini seçilmiş (razı olduğu) peyğəmbərlərdən
savayı heç kəsə açmaz.» (Cin, 26-27)
Həzrət Məsihin (İsa) möcüzələrindən biri də, insanlara qeybdən, gizli
sirlərdən xəbər vermək idi. Ali-İmran surəsinin 49-cu ayəsində deyilir:
«Allahın iznilə xalqı sizə nə yediyinizi və evlərinizdə nə saxladığınızı (gizli
əşyalarınızı) deyərəm.»
1. Diqqət etmək lazımdır ki, Peyğəmbər (s)- ın bəndəlik məqamı elçilik məqamından əvvəl
zikr olunmuşdur.
2. «Ata Allah - İsa (ogul allah) və Ruhul - Qüdüs»