Page 178 - Pure Life 02
P. 178
İBRAHİMİ DİNLƏRDƏ PEYĞƏMBƏRLİK VƏ VƏHY/ 192
2. Keçmiş peyğəmbərlərin onun haqqında xəbər verməsi, peyğəmbəri
tanıma yollarından biridir.
3. Peyğəmbər yüksək əxlaqı keyfiyyətləri və mənəvi üstünlükləri ilə
də tanınır. Onun insanları dəvət etdiyi məsələlər də, elə ali mənəvi
keyfiyyətə malik olmalı, ağıl, vicdan və məntiqə zidd olmamalıdır.
Peyğəmbərlik və məsumluq
ii. 1. Ənbiya (ə) həyatları boyu məsumdurlar
Bizim əqidəmizə əsasən bütün Peyğəmbərlər məsumdurlar. Bu o deməkdir
ki, onlar öz ömürləri boyu (istər peyğəmbər olmazdan əvvəl, istərsə də
sonra) Allahın yardımı ilə xəta, günah və səhvdən uzaq olmuşlar. Əgər
xalqı doğru yola çağıran bu insanlar, özləri də günah və xəta sahibləri
olsaydılar, peyğəmbərlik üçün lazım olan etimadı (Allah və xalq tərəfindən)
qazana bilməzdilər. Və xalq onları özləri ilə Allah arasında etimadlı bir vasitə
1
saymaz, onları bütün əməllərində özlərinə nümunə seçməzdi.
Elə buna görə də, diqqət etmək lazımdır ki, Quranın bəzi ayələrində
müəyyən peyğəmbərlərə zahirdə bir sıra günahlar nisbət verilibdirsə də,
günahın öz həqiqi mənasında deyil, başqa bir məna nəzərdə tutulmuşdur.
Həqiqətdə bu ayələrdə, günah «tərki-ovla» mənasındadır. «Tərki-ovla»
yaxşı və daha yaxşı (əməl, ibadət) iş arasında yol verilən səhvə deyilir. Yəni
bu peyğəmbərlər bəzən daha yaxşı işi təxirə salaraq, əvəzində «yaxşı
işi»əncam vermişlər. Onlar bu işi özləri üçün günah sayaraq ondan tövbə
etmişlər. Bu da, bir növ onların uca əzəmətini, böyük şəxsiyyətini və Allah
qarşısında həqiqi bəndə olduqlarını yetirir. Başqa bir ibarətlə desək;
«Yaxşıların əncam verdiyi (yaxşı) işlər, Allaha daha yaxın olan gözəl
insanlara nisbətən isə «günah» sayılır (həqiqətdə isə bu, günah deyildir).
Çünki bu insanlara olan tələb və istək, (onların məqam və şəxsiyyətlərinə
2
uyğun olaraq) daha üstündür. Onlar artıq ən ali mənəvi məqama «Allahdan
başqa sənin diqqətini cəlb edən, sənin bütündür» dərəcəsinə yetişmişdir.
1. Günahkar və xalq arasında etimadı olmayan bir şəxsin Allah tərəfindən peyğəmbər seçilməsi
qeyri-mümkündür.
2. Deməli Peyğəmbərlərə nisbət verilmiş günah öz həqiqi mənasında deyildir.