Page 180 - Pure Life 02
P. 180

İBRAHİMİ DİNLƏRDƏ PEYĞƏMBƏRLİK VƏ VƏHY/ 190





                           Qurani-Kərim buyurur: «Məhəmməd, siz kişilərdən heç birisinin atası
                        deyildir. O, Allahın elçisi və peyğəmbərlərin axırıncısıdır. Və Allah hər bir
                        şeydən xəbərdardır.» (Əhzab, 40)

                        D. Peyğəmbərlərin (ə) göndərilməsinin faydaları
                        İlahi  peyğəmbərlərin  (ə)  göndərilməsinin  faydaları  haqda  danışdığımız
                        zaman  bir  çox  məsələlərə  diqqət  etmək  məqsədə  uyğundur.  Necə  ki,
                                              1
                        dəyərli  islam  alimləri   öz  qiymətli  kitablarında  bu  məsələyə  müxtəlif
                        aspektlərdən yanaşmışlar:
                           1.  İnsan  ağlı  bəzi  məsələləri  düzgün  anlayır,  amma  bəzi  məsələləri
                               anlamaqda  acizdir.  Din  və  peyğəmbərlər  ilahi  tövsiyələrlə  ağlın
                               anladığı məsələləri təsdiqləyir, anlaya bilmədiklərini isə açıqlayır.
                           2.  Peyğəmbərlər insan qəlbindəki qorxunu aradan aparır. Çünki insan
                               ondan  nə  tələb  olunduğunu  bilmir.  Allah  haqqında  araşdırma
                               aparmağa,  Ona  ibadət  etməyə  icazəsi  varmı,  yoxsa  buna  icazə
                               verilmemişdir. Peyğəmbərlər Allah tərəfindən bəndənin Ona ibadət
                               etməsinə və sair məsələlərə icazə verildiyini bəyan edir.
                           3.  İnsan nəyin yaxşını və nəyin pis olmasını həmişə və hər bir sahədə
                               dərk  edə  bilmir.  Bəzisini  dərk  edir,  bəzisini  dərk  etməkdə  isə
                               acizdir.  Peyğəmbərlər  göndərildiyi  zaman  onun  dərk  etdiklərinin
                               düzgünlüyünü  təsdiq  edir,  dərk  etmədiklərini  və  yanlış
                               anladıqlarını isə bəyan edir.
                           4.  İnsan  nəyin  ona  xeyir  və  nəyin  ziyan  olmasını  bəzi  məqamlarda
                               tam  dəqiqliyi  ilə  anlaya  bilmir.  Peyğəmbərlər  insanını  bunu
                               anladığı məqamlarda təsdiq edir, anlamadığı məqamları isə bəyan
                               edir.  Həmçinin  insan  zaman  keçdikcə  xeyir  və  ziyanını  anlayır.
                               Amma bunun üçün uzun bir sürə və zaman keçməsi tələb olunur.
                               Peyğəmbərlər öz ilahi kəlamları ilə insanlara bu haqda yardım edir.
                           5.  Peyğəmbərlər    (ə)  ilahi  qanunu  bəyan  edir,    ictimai-sosioloji
                               nizam-intizamın təməlini qoyur.
                           6.  Peyğəmbərlər əməllərin hansı savab-mükafata, əzab-cəzalandırmağa
                               malik olmasını bəyan edir ki, insanlar öz yolunu daha düzgün seçə
                               bilsin.

                        1. Xacə Nəsrəddin Tusi, "Təlxisul-mühəssəl", səh 44
   175   176   177   178   179   180   181   182   183   184   185