Page 179 - Pure Life 02
P. 179

191/ PURE LIFE, Vol.1.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)





                               7.  Allah-təala öz dinini  və tövsiyələrini peyğəmbərlərin vasitəsilə
                               bəyan etməklə onların həyatına məna bəxş edir və dəyər qazandırır.
                               Ümid və həyat eşqi verir. Əsl həyatın nə olduğunu anladır.
                           8.  Allah-təala öz dinini və tövsiyələrini peyğəmbərlərin vasitəsilə bəyan
                               etməklə onların həyatına aramlıq, rahatlıq, əmin-amanlıq əta edir.
                           9.  İlahi peyğəmbərlər bəşəriyyətə mədəniyyət, sivilizasiya, incəsənət
                               bəxş edir.
                           10. İlahi  peyğəmbərlər  kamil  insan  yetişdirmək,  ali  ilahi  tərbiyəni
                               anlatmaq üçün göndərilir.
                           11. İlahi peyğəmbərlər ictimai birliyə təkan verir.

                        iii.   E. Peyğəmbərləri tanımağın yolu
                           1. Möcüzə. Peyğəmbərləri tanımağın ilkin yolu möcüzə göstərmələridir.
                           Əlbəttə, dinimizdə möcüzənin xüsusi şəraiti və əlamətləri vardır ki onu
                           başqa əməllərdən fərqləndirir.
                                -   Möcüzə  xariqüladə  bir  əməldir.  Maddi  dünyanın  və  təbiətin
                                   adi  qanunları  ilə  uyğunlaşmır.  Amma  ilahi  əzəməti  və
                                   qüdrətinin  əhatə  dairəsi  daxilindədir.  Əlbəttə  bu,  o  demək
                                   deyildir  ki, möcüzə  qeyri-mümkün  və  olması  heç  bir  şəkildə
                                   baş tutmayan əməldir. Xeyir, sadəcə olaraq maddi aləmin adi
                                   qanunları  ilə  uzlaşmayan  bir  əməldir.  Yaxud  səbəbi  bizə
                                   məlum olmayan xariqüladə əməldir. Məsələn; çarəsiz xəstəliyə
                                   tutulmuş  bir  şəxsin  dərmansız  sağalması  və  ölmüş  şəxsin
                                   dirilməsi kimi.
                                -   Möcüzə peyğəmbərlik iddiası ilə birgə olmalıdır.
                                -   Möcüzə başqasının onu təkrar etməsi tələbi və bunun mümkün
                                   olmayacağını iddia etməklə birgə olmalıdır.
                                -   Möcüzə məğlub edilməməlidir.
                                -   Möcüzə  iddia  ilə  uyğun  olmalıdır.  Məsələn;  yarısı  su  olan
                                   quyunun  suyunu  doldurmaq  iddiası  ilə  olub,  amma  suyun
                                   qurumasına səbəb olan əməl artıq möcüzə deyil. Hətta qeyri-adi
                                -   bir əməl sayılsa da.
                                -   Möcüzə  təlim  və  tədrislə  əncam  verilməli  bir  əməl
                                   olmamalıdır.
   174   175   176   177   178   179   180   181   182   183   184