Page 181 - Pure Life 02
P. 181
189/ PURE LIFE, Vol.1.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)
Burada peyğəmbərlərə Allahın birbaşa vəhyi, hansısa əşyanın üzərində
səsləndirdiyi vəhy və yaxud da mələk vasitəsilə göndərdiyi vəhy qeyd edilir.
Dördüncü qisim vəhyin çatdırılma növü isə, yuxuda peyğəmbərə bəyan
edilən vəhydir. Belə ki, Quranın Saffat surəsində, 102-ci ayədə Həzrət
İbrahimə (ə) yuxuda övladı İsmayılı (ə) qurban etməyin vəhy edilməsi
yazılır.
iv. C. Peyğəmbərlərin göndərilməsinin fəlsəfəsi
Biz inanırıq ki, Allah-Taala bəşəriyyətin hidayəti və insanları tələb olunmuş
(nəzərdə tutulmuş) kamilliyə və əbədi səadətə yetirmək üçün peyğəmbərlər
göndərmişdir. Əgər Allah öz peyğəmbərlərini bəşəriyyətin hidayəti üçün
göndərməsəydi, bəşər və dünya öz yaranış hədəfinə yetişməz, uca kamilliyə
çatmaq hədəfilə yaradılan insan, azğınlıq yollarında sərgərdan olaraq, nəfsinin
yaratdığı çirkab bataqlıqlarında boğulardı, nəticədə Tanrının insanı yaratmaqda
olan məqsədinin, hədəfinin mənasız olması lazım gələrdi. Qurani-Kərim buyurur:
«(Allah) Müjdə verən və qorxuzan peyğəmbərləri göndərdi ki, ondan sonra
insanların Allaha qarşı dəlilləri olmasın. (Səadət yolunu insanlara göstərərək,
onlar üçün bir üzr yeri qoymasın). Allah güclü və hikmət sahibidir!»
Bizim etiqadımız budur ki, Peyğəmbərlərdən beş nəfəri «Ulul-Əzm»
yəni şəriət-din sahibi və Allah tərəfindən verilmiş «müqəddəs kitaba»
malikdirlər. Onların əvvəlincisi həzrət Nuh (ə), sonra İbrahim (ə), Musa
(ə), İsa (ə) və sonuncusu isə həzrət Məhəmməd (s)-dir.
«Əhzab» surəsinin 7-ci ayəsində buyurulur: «Xatırla o zamanı ki,
peyğəmbərlərdən əhdi-peyman aldıq. Səndən, Nuhdan, İbrahimdən, Musa
və Məryəm oğlu İsadan əhdi-peyman aldıq!» Digər ayədə isə buyurulur:
«Ulul-Əzm peyğəmbərlər kimi, səbirli və dözümlü olun!» (Əhqaf 35)
Biz inanırıq ki, İslam Peyğəmbəri Həzrət Məhəmməd (s) Ənbiyanın
axırıncısı və ilahi peyğəmbərlərin sonuncusudur. Onun şəriəti bütün dünya
üçündür və dünyanın sonuna qədər mövcud olacaq yeganə dindir.
Yəni İslam təlimlərinin, hökmlərinin və İslam maarifinin hərtərəfli və
universal olması, bir formada ki, dünyanın sonunadək bəşər övladlarının
maddi və mənəvi cəhətlərdən olan bütün ehtiyaclarını təmin edəcək formada
olması, bizə bu sözü söyləməyə haqq verir ki, İslam dini sonuncu din və
İslam Peyğəmbəri (s) axırıncı peyğəmbərdir! Və o Həzrətdən sonra hər
hansı bir kəsin etdiyi «peyğəmbərlik iddiası» puç və əsassızdır.