Page 182 - Pure Life 02
P. 182
İBRAHİMİ DİNLƏRDƏ PEYĞƏMBƏRLİK VƏ VƏHY/ 188
- Yerlərə və göylərə vəyh, yəni; yaradılış əmri vermək: Allah onları
(səmaları) yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi. O, hər bir
göyün işini özünə vəhy edib bildirdi. Fussilət\12
- İnsana mənəvi ilham bildirişi: Biz Musanın anasına (ilham yolu ilə):
“Onu (Musanı) əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya (Nil
çayına) at. (Uşağın suda boğulacağından) qorxma və (ayrılığına da)
kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də (şəriət sahibi olan)
peyğəmbərlərdən edəcəyik!” -deyə bildirdik. Qəsəs\7
- Mələklərə mənəvi ilham bildirişi: (Ya Peyğəmbərim!) Xatırla ki, o
zaman Rəbbin mələklərə belə vəhy edirdi: “Mən də sizinləyəm.
Möminlərə qüvvət (mətanət) verin. Mən kafirlərin ürəklərinə qorxu
salacağam.” Qəsəs\7
- Şeytanın vəsvəsəsi mənasına işlədilir: Həqiqətən, şeytanlar öz
dostlarına sizinlə mücadilə etmək üçün (çirkin fikirlər və yaramaz
əqidələr) təlqin edirlər. Ənam\121
- Peyğəmbərlərə ilahi vəyh: (Ya Rəsulum!) Yenilməz qüvvət sahibi,
hikmət sahibi olan Allah sənə və səndən əvvəlkilərə (keçmiş
peyğəmbərlərə) belə vəhy edir! Şura\173
Peyğəmbərlərə nazil edilən vəhy, birbaşa ilahi kəlamı olaraq, xüsusi şüur və
idrak tələb edir ki, Allah-təala da bunu seçdiyi peyğəmbərlərində qərar verir.
1
Bununla da, onlar vəhyi almaqda və dərk etməkdə səhvə düçar olmurlar.
B. Qurani-kərimdə peyğəmbərlərə nazil olan vəhyin növləri
v. Quranda Allahın peyğəmbərlərinə dörd yolla vəyh etdiyi yazılmışdır.
Şura surəsinin 51-ci ayəsində onların üçünə işarə edilir: "Allah bəşər
övladı ilə ancaq vəhylə, yaxud pərdə arxasından danışar. Və ya bir elçi
(mələk) göndərər ki, o da Allahın izni ilə (göndərildiyi kimsəyə) Onun
istədiyini vəhy edər."
1. İlahiyyat, Cəfər Subhani, c. 3, səh. 28