Page 183 - Pure Life 02
P. 183
187/ PURE LIFE, Vol.1.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)
Yalnız bütə sitayişə dəvət edən şəxsin yalançı peyğəmbər olmasına
təkid edilmişdir. Bir halda ki, Əhdi-ətiqin söylədiyinə görə, Süleyman (ə),
Harun (ə) kimi peyğəmbərlər hətta peyğəmbərlikdən sonra da bütə sitayiş
etmiş və onlara məbəd düzətmişlər. Belə olduğu halda, biz hansı şərtlərə
əsaslanaraq, anlamalıyıq ki, peyğəmbərlik iddiası edən şəxs həqiqətən də,
peyğəmbərdir və söylədikləri ilahi vəhyidir? Əhdi-ətiqə görə bunu
peyğəmbərlərin qeybdən verdiyi xəbərlərə əsasən söyləmək olar. Bir halda
ki, bu kitabın əvvəlindən axırına kimi yalançı peyğəmbərlik edən
kahinlərin gələcəkdən doğru xəbər verdiklərinin şahidi olmaq olar.
Yəhudilikdə bir insanın məsum olmasının mümkünlüyü haqda fikir
ayrılıqları mövcuddur. Bəzilərinin fikrincə bu ola bilər. Hətta onlar
1
düşünürlər ki, İlk əcdadlar; İbrahim, İshaq, Yaqub məsum olmuşlar.
Təlmuda görə dörd şəxs; Yaqubun oğlu Binyamin, Musanın atası
Omram, Davudun atası Yişa, Davudun oğlu Kil Av günahkar olduqlarına
2
görə ölmədilər, Həvvanın irsi ölüm cəzasına görə öldülər.
Bəzi alimlərin fikrincə isə, Allah-təala İbrahim, İshaq, Yaqubu
mühakimə etsə, onlar əməllərinə görə Yaradanın danlağı qarşısında
3
özlərini müdafiə edə bilməzlər.
Onlar öz sözlərinə Əhdi-ətiqdəki bəzi cümlələri dəlil gətirirlər:
"Doğrudan da, yer üzündə elə saleh adam yoxdur ki, Yalnız yaxşılıq edib
4
heç bir günah etməsin."
İslamda peyğəmbərlik və vəhy
vi. A. İslamda vəhy
İslam dininə görə, bütün varlıqlar Allahla rabitədə bir növ şüura malikdir. Buna
5
görə də, onların hamısı bir növ ilham və vəhydən bəhrələnə bilər. Ümumiyyətlə,
"vəyh" kəliməsi Qurani-kərimdə müxtəlif mövzularda işlədilmişdir:
- Lüğəvi yəni; işarə mənasında: Sonra (Zəkəriyya) mehrabdan (məbəddən)
öz camaatının qabağına çıxıb (əli ilə) onlara belə işarə etdi: Səhər-axşam
(Allahı) təqdis edib şəninə təriflər deyin! (Və ya namaz qılın!) Məryəm\11
1. Çıxış, 16:10 -un şərhində Məxilta, 48 A
2. Şabat, 55 B
3. Əraxin, 17 A
4. Vaiz 7:20; Sanhedrin 101 A
5. Quranın mövzularla təfsiri, Cavadi Amuli, c. 3, səh. 54