Page 219 - Pure Life 02
P. 219

151/ PURE LIFE, Vol.1.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)





                        ƏHDİ-ƏTİQDƏ VƏHY
                        Yəhudilərin  əksəriyyəti,  ümumiyyətlə,  təkcə  Tövratı  deyil,  Əhdi-ətiqi
                        bütünlüklə  vəhy  məhsulu  və  Allahın  kəlamı  kimi  təqdim  edir.  "Bu
                                                                            1
                        xəbərdarlıq İsrail barədə nazil olan Rəbbin sözüdür."
                           Əhdi-ətiqdə  ilham  və  vəhyin  nazil  olması  əksər  hallarda  Allahın
                        ruhunun  insan  bədəninə  nazil  olması  və  oturması"  kimi  qeyd  edilir.
                                                                                                 2
                        "Rəbbin Ruhu üzərimə endi və mənə dedi: «Söylə ki, Rəbb belə deyir:…"
                        "Ordular Rəbbinin Öz Ruhu ilə əvvəlki peyğəmbərlər vasitəsilə göndərdiyi
                        qanunu  və  nəsihətləri  eşitməmək  üçün  ürəklərini  almaz  kimi
                                                                                           3
                        sərtləşdirdilər. Buna görə də Ordular Rəbbi onlara çox qəzəbləndi."
                        Allahın  ruhu  da  hər  kimin  üzərinə  nazil  olarsa,  o,  dəyişər  və  nəbi
                        (peyğəmbər)  olar.  Belə  ki,  Şaul  Davudu  gətirmək  üçün  oraya  adamlar
                        göndərdiyi  zaman,  onlar  Şamuelin  başçılığı  altında  peyğəmbərlər
                        dəstəsinin  peyğəmbərlik  etdiyini  gördülər.  Onda  bu  adamların  da  üstünə
                        Allahın  Ruhu  enir  və  onlar  da  peyğəmbərlik  etməyə  başlayırlar.  Bunu
                        Şaula  xəbər  verdikləri  vaxt,  o  başqa  adamlar  göndərir  və  onlar  da
                        peyğəmbərlik edirlər. Şaul üçüncü dəfə yenə adamlar göndərir, onlar da
                        peyğəmbərlik  edirlər.  Bütün  bunların  hamısı,  Allahın  ruhunun  onların
                                                   4
                        üzərinə enməsilə baş verir.
                           Əhdi-ətiqə  görə,  bəzən  Allahın  ruhu  (vəhy  və  peyğəmbərlik)  bir
                        şəxsdən alınaraq, başqasına əta edilir. Bu kitabda nəql edilir ki, Kenaana,
                        oğlu  Sidqiya  yaxınlaşdığı  zaman,  Mikeyanın  yanağına  vurub  Allahın
                                                                                             5
                        Ruhunun (vəhyinin) peyğəmbərlik etməsi üçün ona keçdiyini söyləyir.
                           Bəzən ilahi vəhy peyğəmbərlik üçün hazırlaşdırmaq qəsdilə yeniyetməyə
                        də verilir. Yeremya peyğəmbərə vəhy nazil olduğu zaman, o, Allah cavan
                        olduğunu, danışıq qabiliyyətinə malik olmadığını deyir. Cavabında isə, ilahi
                                                                                 6
                        yardımı ilə peyğəmbərlik vəzifəsinə başlamağına əmr edilir.



                        1. Zəkəriyya, 12:1; 9:1
                        2. Hezegel, 11:5
                        3. Zəkəriyya, 7:12 Nehemya, 9:206; Mikeya, 3:8; Yoel, 2:28
                        4. Şamuel, 19:20-24
                        5. Padşahlar (1) 22:24
                        6. Yermiya, 1:6-7
   214   215   216   217   218   219   220   221   222   223   224