Page 196 - Pure Life 03
P. 196

218 /PURE LIFE, Vol.2.No.3, (Dhul ZİLHİCCE 1436, sentyabr 1394. sentyabr 2015)

                  Onun  üçün  şadlıq,  aramlıq  və  yaşamağa  ümid  yaradan,
               insanın  varlıq  aləmi  haqqında  mənalı  təsəvvürə,  izaha  və
               onun  batini  razılıqla  yaşamasına  səbəb  olan  bir  fenomenin
               axtarışındadır.
                  Qərblilərin  və  bəzi  daxili  yazarların  nəzərində
               “mənəviyyat”da  məqsəd o şeydir ki, ondan  yararlanmaq,
               istifadə  etmək  onda  belə  halların  əmələ  gəlməsinin
               qarşısını  alır  və  insanda  belə  hallarla  mübarizə  etmək
               qüdrəti  yaradır.  Belə  mənəviyyat  nə  Allaha  inamı,  nə
               peyğəmbərlərin (ə) gətirdiyi xəbərlərə inanmağı və nə də
               bu  maddi  dünyanın  fövqündə,  arxasındakı  başqa  bir
               dünyanın  varlığına  ehtiyacı  tələb  etmir.  Mənəviyyatda
               insanın  qazandığı  yeganə  şey  “bir  növ  batini  razılıqdır,
               əlbəttə  bu,  insanın  həyatının  yalnızca  bu  dünya  ilə
               məhdudlaşması, ya da şəxsin öz nəzərinə əsasən dünyadan
                                                                1
               sonra həyatın varlığının olması ilə uyğundur”.
                  Əlbəttə, aydındır ki, dini mənəviyyat sekolar mənəviyyatdan
               fərqlənir.  Dini  mənəviyyat  insanı  dünya  həyatı  ilə
               məhdudlaşdırmış. Onun əsl həyatının başqa bir yer olduğunu
               deyir və bütün şadlıqları, qorxuları, ümidləri ilə birlikdə onun
               bütün dünyasını həqiqi həyata çatmaq üçün məhz bir keçid və
               körpü  hesab  edir.  İslam  nəzərindən  içində  Allah  olmayan
               mənəviyyatın  mənası  və  əhəmiyyəti  yoxdur.  Əsas  etibarilə
               həyatın  əsl  mənbəyinə  birləşmədən  həqiqi  şadlıq,  ümid  hasil
               olmayacaq və insanı həyatın o əsl mənbəyinə birləşdirən dini
               mənəviyyatdır  və  mənəviyyat  insanın  varlığına  və  həyatına
               məhz dinin kölgəsində məna bəxş edir.

               1.4. Dini və Sekulyar İrfan
               Ümumi bir bölgüdə, irfanı iki – dini və sekulyar – dəstəyə
               bölmək  olar.  Dini  irfan  yəni,  ilahi  dinlərdən  alınmış,
               qaynaqlanmış irfan.


               1. “Moştaqi və məhcuri”, Mustafa Məlikiyan.
   191   192   193   194   195   196   197   198   199   200   201