Page 209 - Pure Life 03
P. 209

“LOĞMAN” SURƏSİNDƏ İNSANIN ETİK-MƏNƏVİ DƏYƏRLƏRİ/ 205

                  Surənin  sonuna  doğru  böyük  bəlaların  insanları  necə
               fitrətlərinin tələb etdiyi şəkildə düşünməyə göndərdiyi izah
               edilərək  belə  bir  misal  verilir:  “(Kafirləri)  ətrafına  kölgə
               salan  uca  dağlar  (yaxud  qara  buludlar)  kimi  dalğalar
               bürüdüyü zaman onlar dini (ibadəti) Allaha məxsus edərək
               yalnız Ona dua edərlər.
                  Allah onları sağ-salamat quruya çıxartdıqda içərilərindən
               bəziləri (küfrlə iman arasında) orta mövqe tutar. (Bəziləri
               isə öz küfründə qalar). Bizim ayələrimizi yalnız çox xain,
               nankor olanlar danarlar.” (8, Loğman, 32).
                  Nəticə  olaraq  bunu  qeyd  etmək  olar  ki,  görkəmli
               hədisşünas  Cəfər  Sübhani  yazdığı  “Loğman  surəsinin
               təfsiri”  əsərində  bəşəriyyətin  mənəvi  problemlərindən,
               İslam düşmənlərinin İslama və müsəlmanlara zərbə vurmaq
               üçün  istifadə  etdikləri  vasitələrdən,  daha  sonra  isə  adı
               keçən     surənin     elmi     əhəmiyyətindən,       Ptolomey
               nəzəriyyəsinin tənəzzülündən, dağların yaranması haqqında
               Quranın  buyurduqları  ilə  elmi  məlumatların  üst-üstə
               düşməsindən və s. geniş şəkildə bəhs etmişdir.
                  Bunu da xatırladaq ki, dilimizə tərcümə olunan bu əsər
               müəllifin  Qurani-kərimə  yazdığı  otuz  cildlik  təfsirindən
               bir surənin təfsiri idi.
   204   205   206   207   208   209   210   211   212   213   214