Page 210 - Pure Life 03
P. 210

204 /PURE LIFE, Vol.2.No.3, (Dhul ZİLHİCCE 1436, sentyabr 1394. sentyabr 2015)

                  Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız.
               Mən  də  (dünyada)  nə  etdiklərinizi  (bir-bir)  sizə  xəbər
               verəcəyəm!” (8, Loğman, 15) – deyə bəyan edir.
                  Bunun  ardından  Allahın  hər  şeyi  əhatəedici  elminin
               əzəmətini  bəyan  edir  və  insanın  etdiyi  əməllərdə  nə  qədər
               diqqətli  olması  lazım  olduğu,  etdiyi  hər  şeyin  qiyamət
               günündə  necə  ən  incə  detalına  qədər  ona  göstəriləcəyi
               bildirilərək xəbərdar edir: “(Loğman öyüd-nəsihətinə davam
               edərək)  dedi:  “Oğlum,  (dünyada  gördüyün  hər  hansı  yaxşı,
               yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın
               (daşın)  içində,  yaxud  göylərdə  və  ya  yerin  təkində  olsa  da,
               Allah onu (qiyamət günü) ortaya gətirər (onun haqq-hesabını
               çəkər).  Həqiqətən,  Allah  lətifdir  (bütün  incə,  nazik  işləri
               biləndir; lütfkardır), (hər şeydən) xəbərdardır!” (8, Loğman,
               16) deyən ayədə bunu açıq-aşkar görməkdəyik.
                  Hər iman sahibinin də yaxşılığı əmr, pisliyi qadağan etmək
               yolunda  bəzən  qarşısına  çıxması  qaçınılmaz  olan  bir  sıra
               çətinliklərə  səbr  etməsi  lazım  olduğu  bildirilir.  Ayrıca  bu
               yoldakı  bir  adamın  təbliğ  əsnasında  və  gündəlik  yaşayışında
               sözlə etdiyi yaxşılıqları hərəkətləriylə də yaşaması və bunları
               zay etməməsi üçün ona bir davranış  şəkli göstərilir və Allah
               insanları  kiçik  hesab  edib  şeytanın  xüsusiyyətlərindən  olan
               qürur xəstəliyindən çəkinməsini vəhy: “Adamlardan təkəbbürlə
               üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma.
                  Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr
               edəni sevməz! Yerişində müvazinət gözlə (nə çox yeyin, nə
               də  çox  asta  get)  və  (danışında)  səsini  qaldırma.  Çünki  ən
               çirkin səs uzunqulaq səsidir!” (8, Loğman, 18-19) ilə bildirir.
                  Həmçinin  surədə  gecənin  gündüzü,  gündüzün  gecəni
               əvəz  etməsi,  günəşin  və  ayın  öz  orbitlərində  bir  nizam-
               intizam içində gəlib getməsi, ayrıca kainat daxilində axıb
               gedən  digər  bütün  ulduzların  Allahdan  başqa  heç  kimin
               bilmədiyi  və  bilməyəcəyi  bir  çərçivə  daxilində  hərəkət
               etmələri göstərilərək insanı düşünməyə dəvət edilir.
   205   206   207   208   209   210   211   212   213   214   215