Page 103 - Pure Life 07
P. 103
İmam Hüseynin (ə) əxlaqi-mənəvi keyfiyyətləri / 133
d) İmam Hüseynin (ə) sədəqə verərkən gizli
verməsi, bəzən qapıya gələn dilənçini
utandırmamaq üçün gah niqabla, gah da qapı
arxasından əta etməsi onun necə də, möhtəşəm
1
ədəb sahibi olmasından xəbər verir.
1. Cəsarət və şücaəti
( )
«Allah yolunda vuruşaraq ölən və ya (düşmənə)
2
qalib gələn kəslərə böyük mükafat verəcəyik.»
İmam Hüseyn (ə) hər üç döyüşdə (Cəməl,
Siffeyn və Nəhrəvan) Həzrət Əlinin (ə) kənarında
olmuş, qəhrəmanlıq göstərib, böyük şücaət
nümayiş etdirmişdir.
Hicri qəməri tarixi ilə 36-cı ildə baş vermiş Cəməl
savaşında qoşunun böyük bir hissəsinin rəhbərliyini
öhdəsinə alan Həzrət Hüseyn (ə) sərkərdə vəzifəsini
3
xüsusi rəşadətlə yerinə yetirmişdir.
O Siffeyn döyüşündə öz igidliyi ilə dillər əzbəri
olmuşdu. Bu döyüşdə onun düşməninin zəbt etdiyi
su yolunu yenidən fəth etməsi və İmam Əlinin (ə)
“Bu zəfəri Hüseynin (ə) qəhrəmanlığı sayəsində
əldə etdik” deyə, buyurması daim İslam tarixində
ön plana çəkilir.
4
1. «Biharül-ənvar», c. 43, səh. 189.
2. Nisa surəsi, ayə 74.
3. İbn Əsir, «Kamil», c. 3, səh. 167.
4. İbn Əbil Hədid, «Nəhcül-bəlağənin şərhi», c. 5, səh. 24,
Ayətullah Şuştəri, «Xəsaisül-Hüseyniyyə», səh. 56.