Page 105 - Pure Life 07
P. 105

İmam Hüseynin (ə) əxlaqi-mənəvi keyfiyyətləri / 131

                     Kor olsun səni görməyən gözlər! Bir halda ki, sən
                  həqiqətən də, onun yanındasan və ondan muğayatsan!»
                     Əziz  oxucu,  bir  sözlə  doğrudan  da,  imam
                  Hüseyn (ə) bir «ilahi eşq» məktəbidir.

                         7.  Ədəb və nəzakəti
                              (                               )

                       «(Ya Rəsulum!) Bəndələrimə de ki, «ən gözəl
                                                            1
                                   sözləri söyləsinlər»...»
                     Sözsüz ki, Əhli-beyt (ə) öz gözəl xüsusiyyətləri ilə
                  daim ən kamil insan nümunəsi olmuşdur. Həzrət Əbu
                  Abdullah  Hüseyn  (ə)  də  alicənablığı,  ədəb  və
                  nəzakətinə  görə  İslam  dünyasında  böyük  rəğbətlə
                  mədh edilir. Belə ki, onun hələ uşaqkən özündə əks
                  etdirdiyi bu nəcib xüsusiyyətinə həmişə müsəlmanlar
                  tərəfindən  sitayiş  edilmişdir.  İmamın  (ə)  bu  gözəl,
                  dəyərli xasiyyətinə bir neçə nümunə gətiririk:
                     a)  İmam  Hüseyn  (ə)  hələ  kiçik  yaşlarında  öz
                  qardaşı  ilə  çay  kənarından  keçirdi.  Onlar  səhv
                  şəkildə dəstəmaz alan bir kişi ilə rastlaşdılar. Kişi
                  utandırmamaqla  bərabər  ona  düzgün  formada
                  dəstəmaz almadığını anlatmaq məqsədi ilə olduqca
                  nəzakətli bir yol seçdilər. Qardaşlar kişinin yanına
                  gəlib, belə söylədilər: «Əmi, bax gör biz hansımız
                  yanlış formada dəstəmaz alırıq?»
                     Sonra  isə  hər  ikisi  düzgün  şəkildə  dəstəmaz

                  aldılar.


                  1. İsra surəsi, ayə 53.
   100   101   102   103   104   105   106   107   108   109   110