Page 104 - Pure Life 07
P. 104
132 / ( PURE LIFE, Vol.3.No.7, (Safar Al-Muzaffar 1438. Azar 1395. November 2016)
Uşaqların ağıllı rəftarı nəticəsində səhvini
anlayan kişi gülüb dedi: «Siz ikinizdə dəstəmaz
əməlini doğru şəkildə əncam verdiniz. Mənim
dəstəmaz almağım isə yanlış idi. Amma indi sizin
alicənab hərəkətiniz ilə mən düzgün formada
1
dəstəmaz almağı öyrəndim.»
b) «Kasıb bir Mədinəli müsəlman, Osman ibn
Əffanın yanına gəlib ondan kömək dilədi. Osman
ona beş dirhəm verdi.
Kasıb dedi: «Ən səxavətli şəxsləri mənə göstər.»
Osman, İmam Həsən (ə), İmam Hüseyn (ə) və Abdullah
ibn Cəfəri göstərərək dedi: «Bu cavanlara müraciət et.»
Kasıb kişi İmam Həsənin yanına gəlib ona əl
tutmasını xahiş etdi. İmam (ə) kişiyə 50 dinar verdi.
Kişi sonra İmam Hüseynə (ə) müraciət etdi Həzrət
Hüseyn (ə) də ədəbi riayət edərək özündən böyük qardaşının
ehtiramına görə, ona bir dinar az yəni 49 dinar bağışladı.
Abdullah ibn Cəfər də, Həzrət Hüseyni özünə
nümunə seçib kasıb kişiyə 48 dinar hədiyyə etdi.
Mədinəli kişi həm onların səxavətinə, həm də
ədəb və nəzakətinə heyran qalaraq, əhvalatı Osman
ibn Əffana danışıdı.
Osman dedi: «Bəli bunlar kimi alicənab və nəcabətli
şəxslər heç yerdə tapılmaz. Çünki elm və anlayışı
babalarının (Həzrət Məhəmmədin (s) ) sinəsindən irs
2
apardılar. Və dəyərli hikmətə yetişdilər.»
1. «Biharül-ənvar» c. 43, səh. 319.
2. Ibid. 333; «Əl-Ğarat», c. 2, səh. 695; Mamaqanı, «Tənqihül-əmal», c. 2,
səh. 695; «İhqaqül-həqq», c. 11, səh. 241.