Page 106 - Pure Life 07
P. 106

130  PURE LIFE, Vol.3.No.7, (Safar Al-Muzaffar 1438. Azar 1395. November 2016)
                     (

                      /

                     Elə  buna  görədə  İmam  Hüseyn  (ə)  belə  buyurur:
                  «İlahi, kor olsun o gözlər ki, səni özünə hakim bilməyə
                  və  həmçinin  necə  də,  bədbəxtdir  o  bəndə  ki,  sənə  eşq
                                          1
                  məhəbbət bəsləməyə».
                     İmam Hüseynin (ə) ibadi minacatları, həqiqətdə
                  Allah  hüzurunda  izhar  etdiyi  «eşqnamə»  ləridir.
                  Məşhur  «Ərəfə»  duasını  oxuyan  hər  kəs  Allah
                  müqabilində  aciz  və  eyni  halda  aşiq  bir  qulun  öz
                  ağası ilə necə də raz-niyaz etdiyinin şahidi olur.
                     Bu  duada,  Allahına,  «mən  sənə  müştaq  və  sənin
                  aşiqinəm»  «sən  mənim  arzumsan»-deyə,  müraciət
                  edən  Hüseyn  (ə)  həmçinin  öz  «qəlbində  Allahdan
                  qeyrisinin eşq-məhəbbəti olmadığına» da təkid edir.
                  O,  əsl  eşqin,  həqiqi  məhəbbətin  Tanrıya  məxsus
                  olduğunu dəfələrlə vurğulayaraq buyurur: «İlahi, səni
                  tanımayan şəxs nəyi tapmış olur, səni tapan insan isə
                  nəyi  itirmiş  olur?  Ey  Allah,  səndən  başqasına
                  razılaşan şəxs, hər bir şeydən məhrumdur!»
                     Bütün vücudunu Allah eşqi saran Həzrət Hüseyn (ə)
                  sanki hər ləhzə onun varlığını daha da hiss edir və hər
                  an ilahi gözəlliyini yaxından seyr edərək, öz sevgisini
                  izhar edir: «Ey Böyük Allah bütün varlığı sənə bağlı
                  olan bir şey sənin varlığına necə dəlil ola bilər? Sən nə
                  vaxt  gizli  olmusan  ki,  insanları  sənə  doğru  hidayət
                  edən  bir  sübuta  ehtiyac  duyulsun?  Nə  vaxt
                  uzaqlaşmısan  ki,  nişanə  və  əlamətlərin  səni  insanlara
                  tanıtdırsın? Məndən ayrılmamısan ki, sənin hüzurunu
                  istəyim? Gizli qalmamısan ki, səni aşkara çıxardım?



                  1 .«Ərəfə duası», səh. 6.
   101   102   103   104   105   106   107   108   109   110   111